Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İşğal altındakı Xaçınçay su anbarında balıqlar kütləvi şəkildə ölməyə başladı... - FOTO

21-10-2019, 10:57

İşğal altındakı Xaçınçay su anbarında balıqlar kütləvi şəkildə ölməyə başladı... - FOTO











Qərbin başbilənlərinə kürü rüşvəti daşımaq əvəzinə, belə məlumatları xarici dillərdə kütləvi yaymaq gərəkdir...



Azərbaycanın Ağdam rayonunun işğal altındakı ərazisində yerləşən Xaçınçay su anbarındakı balıqlar kütləvi şəkildə qırılmağa başlayıb.



İşğalçı ölkənin öz saytlarından birinin yaydığı məlumata görə, bu haqda video-görüntüləri Ağdam rayonu kəndlərindən birində müəllim işləyən Vladimir Doluxyan paylaşıb. Hazırda guya qondarma separatçı-terrorçu rejimin əlaqədar qanunsuz qurumları su hövzəsindəki canlıların kütləvi ölümünün səbəblərini araşdırır...



Xatırladaq ki, Ağdam rayonunun işğal altındakı ərazisində - Xaçınçay üzərində yerləşən Xaçınçay su anbarı 1964-cü ildə istismara verilmiş və suvarma məqsədilə yaradılmışdır. Lakin Ağdam rayonunun erməni qəsbkarları tərəfindən işğalı (23 iyul 1993-cü il) nəticəsində su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olmuşdur.



Bəndin hündürlüyü 44 m, uzunluğu 940 m və su anbarının ümumi həcmi 23 mln.m³-dur. Suvarma sahəsi 1700 hektardır.



Xaçınçay su anbarıda suyun orta çoxillik temperaturu yanvar ayında 3,8° S, avqust ayında 23,1° S olur. Ən yüksək temperatur 13 iyun 1964-cü ildə 30,5° S olmuşdur.



P.S. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi işğal altındakı torpaqlarımıza nəzarət etmək iqtidarında deyil...



P.S. Avropanın, Amerikanın başbilənlərinə kürü rüşvəti daşımaq əvəzinə, belə məlumatları xarici dillərdə kütləvi yaymaq lazımdır... (Moderator.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram