hadise
1.11.2019, 11:51
Zirzəmidən 40-dan çox cəsəd tapıldı - Mexikoda DƏHŞƏT
Meksika polisi paytaxt Mexikonun Tepito rayonunda tükürpərdən olayın üstünü açıb.
DogruXeber.az Lenta.ru-ya istinadən xəbər verir ki, narkokartellərdən birinin gizli zirzəmisindən 40-dan çox insana aid cəsəd qalıqları aşkarlanıb. Həmin rayonda keçirilən əməliyyat nəticəsində 31 narkokartel üzvü həbs edilib.
Məlumata görə, zirzəmidən cəsədlərlə yanaşı müxtəlif qədim Afrika dinlərinə aid totemlər də aşkarlanıb.