Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Göygöldə qəza törədib hadisə yerindən qaçan sürücü tutulub

16-11-2019, 16:52

Göygöldə qəza törədib hadisə yerindən qaçan sürücü tutulub














Göygöldə qəza törədib hadisə yerindən qaçan sürücü tutulub.

Baş Prokurorluqdan DogruXeber.az-a verilən məlumata görə, Göygöl rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Belə ki, noyabrın 15-də, saat 18 radələrində Göygöl rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “VAZ 2121” markalı avtomobillə ötmə əməliyyatı zamanı idarəetməni itirib onunla eyni istiqamətdə hərəkətdə edən sürücü Cavad Kərimovun idarə etdiyi 99-HM-929 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılaraq dərəyə aşması nəticəsində avtomobilində olan sərnişinlər Niyaməddin Qocayev, Elnur Quliyev, Dilbər Kərimovanın müxtəlif dərəcəli bədən xəsarətləri alması, Gülnur Qocayevanın isə ölümünə səbəb olması, daha sonra onun hadisə yerindən qaçması faktına görə rayon Polis Şöbəsinin İstintaq qrupunda Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin 25-BC-666 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü - Taleh İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, noyabrın 16-da şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir./Trend






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram