Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Qarabağ qazisi olan qardaşımın ölüm işini həkimlər ört-basdır edir -ŞİKAYƏT...

Qarabağ qazisi olan qardaşımın ölüm işini həkimlər ört-basdır edir -ŞİKAYƏT...
5-12-2019, 15:09 241 dəfə baxılıb

Qarabağ qazisi olan qardaşımın ölüm işini həkimlər ört-basdır edir -ŞİKAYƏT...



















Mingəçevir şəhər sakini İsmayılova Samirə Səxavət qızı Moderator.az-a ünvanladığı şikayət məktubunda bu il iyunun 26-da özünün yandıraraq intihar edən qardaşı, İsmaylov İmamverdi Səxavət oğlunun həkimlər tərəfindən ölümünün ört-basdır edildiyini yazır.

Müraciətdə deyilir:

“Sizə bildirmək istəyirəm ki, qardaşım İsmayılov İmamverdi 1990-cı ildə Mingəçevir şəhərində anadan olub. Bir oğul övladı atası olan qardaşım ölümcül halda olan övladını Mingəçevir şəhər xəstəxanasına apararaq ona köməklik göstərilməsini istəyirdi. Lakin həkim Elxan Cəfərov deyib ki, limit bitdiyi üçün baxa bilmərik və bundan sonra qardaşımı təhqir də edib. Bundan sonra qardaşım özünün feyzbuk səhifəsində həkimin bu münasibətinə görə status paylaşmışdı.

Həkim qardaşımı elə bir vəziyyətə çatdırdı ki, qardaşım övladının öldüyünü görərək və öz canına qıydı. Benzin tökərək özünü yandırdı və atam onu söndürməyə çalışarkən başından və qollarından yanıq xəsarətləri aldı. Mən də qışqırırdım ki, kömək edin, amma heç kim kömək etmirdi. Onu ağır vəziyyətdə Bakıya xəstəxanaya çatdırsalar da, həkimlər tərəfindən düzgün tibbi yardım göstərmədikləri üçün dünyasını dəyişdi. Bizə icra başçısı İlham İsmayılov, həkimlər Elxan Cəfərov və Könül Ələlbərova pul təklid etdi ki, susaq, amma biz pulları qəbul etmədik.

Bu günə kimi isə qardaşımın ölümünə səbəb olan bu şəxslər haqqında heç bir cəza tədbirləri görülmür.Qardaşım Qarabağ qazisidir, aprel döyüşlərində iştirak edib. Mən qardaşımın ölümünə səbəb olan bu şəxslərin cəzalandırılmasını istəyirəm. Xahiş edirəm bizə köməklik edəsiniz”.

Redaksiyadan: Yazıda adları hallanan şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Hazırladı: Vasif Əlihüseyn
Qarabağ qazisi olan qardaşımın ölüm işini həkimlər ört-basdır edir -ŞİKAYƏT...
Qarabağ qazisi olan qardaşımın ölüm işini həkimlər ört-basdır edir -ŞİKAYƏT...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram