Pulları yığıb qaçan məmur icra başçısının yeznəsi çıxdı













“Sumqayıt Nəqliyyat” MMC-nin yoxa çıxan rəhbəri Sumqayıtın icra başçısı Zakir Fərəcovun qohumudur.


DogruXeber.az Yenisabah.az-a istinadən xəbər verir ki, bəzi məlumatlarda Xannı Rüstəmovun Zakir Fərəcovun bacısının həyat yoldaşı olduğu deyilir. İnternet resurslarında “Sumqayıt Nəqliyyat” MMC ilə bağlı tirajlanan məlumatlarda da Xannı Rüstəmov icra başçısının yeznəsi kimi təqdim edilir.



“Sumqayıt Nəqliyyat” MMC 2016-cı ildə yaradılıb. Nizamnamə kapitalı 50 AZN olan qurum Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir. Vergilər Nazirliyinin reyestr məlumatlarında MMC-nin qanuni təmsilçisi kimi Xannı Rüstəmovun adı qeyd edilib.



Sumqayıt Nəqliyyat MMC-nin yaradılması Zakir Fərəcovun Sumqayıta icra başçısı təyin olunmasından sonraya təsadüf edir. Zakir Fərəcov 2015-ci ilin sentyabrında Sumqayıta icra başçısı təyin edilib. Oktyabr ayında isə “Sumqayıt Nəqliyyat” MMC yaradılıb və Xannı Rüstəmov qurumun rəhbərliyinə gətirlib.



Xannı Rüstəmovun adı bir sıra qalmaqallarda hallanır. Bir müddət əvvəl o, Qarabağ qazilərinə problem yaratmaqda ittiham olunurdu. Bildirilirdi ki, o, qazilərin nəzarətində olan marşrut xəttini ələ keçirib. Qazilər olayla bağlı Prezidentə müraciətlərində yazırdılar:



“Sumqayıt Nəqliyyat” MMC-nin sədri Xannı Rüstəmov vətənimizin ağır günlərində könüllü olaraq cəbhə bölgəsinə getmiş və orada Sumqayıt şəhərinin adını ucaldaraq torpaqlarımız uğrunda canlarını qurban verən müharibə əlillərinə qarşı xüsusi qəddarlığı ilə fərqlənməkdədir. O, 1998-ci ildən etibarən 11 nəfər Qarabağ əlili və şəhid ailəsi tərəfindən təsis edilmiş və Sumqayıt şəhər əhalisinə nümunəvi xidməti ilə seçilən 2 saylı marşrutun müharibə əlillərinin əlindən zorla almaq üçün tutduğu vəzifəsindən sui-stifadə etməkdədir. Aşkarca rüşvət tələb edən və əlillər tərəfindən ödənilən 4000 (dörd min) manatlıq aylığa qane olmayan bu rüşvətxorun əməlləri nəticəsində müflisləşərək aciz duruma düşmüş Qarabağ əlillərini həyatlarından bezdirməyə nail olub”.



Zakir Fərəcovun müdaxiləsindən sonra Xannı Rüstəmovun qanunsuz əməlləri bir qədər səngimişdi.



Bir neçə gün əvvəl onun ölkədən qaçdığı barədə məlumat yayılıb. Həmin xəbərdə deyilir ki, Xannı Rüstəmovdan bir müddətdir xəbər yoxdur.



Onun çalışdığı MMC-də səlahiyyətlərindən sui istifadə edərək, külli miqdarda vəsaiti ələ keçirdiyi bildirilir. Aparılan araşdırma zamanı məlum olub ki, X.Rüstəmov şəhər ərazisində fəaliyyət göstərən marşrut xəttlərində hər bir nəqliyyat vasitəsindən qanunsuz olaraq vergi toplayıb. Gündəlik sürücülərdən toplanan plan Xannı Rüstəmovun öz qaydalarına görə yığılıb. Bu proses onun fəaliyyəti dövründə, yəni bir neçə il davam edib. X.Rüstəmov topladığı pullarla aradan çıxıb.



"Sumqayıt Nəqliyyat" MMC-dən isə bildirilib ki, Xannı Rüstəmov işində verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb. Hazırda bununla bağlı araşdırma aparılır.


Oxunub: 350

Son xəbərlər

Azərbaycanın xarici borcu azalıb

Müdafiə və milli təhlükəsizlik sahəsinə nə qədər vəsait xərclənib?

ABŞ Azərbaycanın regionda yaratdığı yeni reallıqlar qəbul edir - deputat

Masallıda niyə səfərbər OLA BİLMİRİK? - İTTİHAM VAR!

İlkay "Barselona" və "Real"ın HƏDƏFİNDƏ

Fars-molla rejiminin QUDURĞANLIĞI

Yaşar Həsənov həbsdən NECƏ QURTULDU? - İLGİNC İDDİALAR...

"Sağlam Ailə" Tibb Mərkəzində NAXOŞ MƏNZƏRƏ... - GİLEY

2022-ci ildə yüksək vəzifələrə gətirilmiş GƏNC KADRLAR - SİYAHI

Səlim Müslümov müalicə müəssisəsinə KÖÇÜRÜLDÜ

28 Mayda əfv gözləntisi - siyahıda kimlər var?

Cahangir Əsgərova DAHA BİR ZƏRBƏ - Nazirlik AZAL-ın tenderlərini ləğv etdi

Ramiz Mehdiyevin qohumu vəzifəsindən azad edildi - AMEA-da yüksək post tuturdu

“Sülh müqaviləsi imzalanacaq, İrəvanda Azərbaycan və Türkiyə səfirlikləri açılacaq” - Proses buna doğru gedir...

İrəvandan Antalyaya uçuşlar həyata keçiriləcək

Gömrük borcunun ödənilməsi bağlı qaydalarda dəyişiklik edildi

Baş nazir qərar İMZALADI

Xoşqədəm Hidayətqızının həbsi tələb olunur

Baydendən Kim Çen Inla bağlı AÇIQLAMA

"Müharibə başlayandan 2 ay yarım müddətində görüşməmişik" - Zelenskinin xanımı

Sabaha olan hava proqnozu AÇIQLANDI

Şabranda Qarabağ Qazisinin haqqına girən KİMDİR? - NARAZILIQ VAR!

Şabranda narkotik bitkilərin kultivasiyası və satışı ilə məşğul olan şəxs saxlanılıb

Abşeron rayonunda silsilə tədbirlər keçirilib

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

20 günə 13 tender müqaviləsi imzalayan holdinq... - Külli miqdarda vergi borcu var

Fuad Muradov bu işi BACARA BİLMƏDİ... - İTTİHAM VAR!

Milli parklarda "açıq qapı" günü keçiriləcək

Bu rayonlara qar yağıb - VİDEO

Bu rayonda dirilərin ruzisi ölülərin torpağından çıxır - ŞOK GÖRÜNTÜLƏR

Bütün xəbərlər