Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycanlıdan Moskvada təqdirəlayiq hərəkət - 3 yaşlı uşağı vuran sürücünü...

5-12-2017, 02:19

http://publika.az/storage/2017/12/05/800x450/upload-294672_4128x2322_653_56dcae044b4c31afb753f4e7d3afea4f-pic905-895x505-78765.jpgMoskvada taksi xidməti göstərən azərbaycanlı Vasif Abışov Altufyev şosesində bir ailənin 3 üzvünü maşınla vuran sürücünün qaçmasına imkan verməyib.
Publika.az xəbər verir ki, faicə ötən bazar "Altufyevo" ticarət mərkəzi yaxınlığında baş verib.
29 yaşlı ər və arvad 3 yaşlı oğulları ilə işıqforun piyadalar üçün yanan yaşıl işığından yolu keçən zaman onları yüksək sürətlə hərəkət edən "Skoda Octavia" markalı avtomobil vurub. Nəticədə ailənin bütün üzvləri ağır xəsarətlər alıb, sonradan uşaq dünyasını dəyişib.Şahidlərin sözlərinə görə, hadisəni törədən sürücü ərazidən uzaqlaşaraq qaçmağa cəhd göstərib. Lakin bu ona nəsib olmayıb. Hadisə şahidi olan Vasif Abışov "Hyundai Solaris" markalı maşını ilə onu təqib etməyə başlayıb.
Vasifin sözlərinə görə, o, "Skoda Octavia"nın ardınca bir neçə kilometr yol gedib. Avtomobilin dövlət qeydiyyat nişanı çirkli olduğundan, Vasif maşını gözdən itirəcəyindən ehtiyatlanıb. Nəhayət o, maşının qarşısını alaraq sürücünü dayandıra bilib. Taksi sürücüsü maşının qapısını açdıqda, hadisəni törədən şəxs o qədər sərxoş olub ki, yerə yıxılıb. Daha sonra Vasif onu öz maşınına əyləşdirərək polis çağırıb.
Ekspertiza müəyyən edib ki, faciə baş verən zaman sürücünün qanında 1 promille alkoqol olub. (report)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram