Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Təcili tibbi yardım maşını qəzaya düşdü - Yanğından sağ çıxan şəxsi xəstəxanaya aparırmış

4-03-2018, 12:23

Təcili tibbi yardım maşını qəzaya düşdü - Yanğından sağ çıxan şəxsi xəstəxanaya aparırmış














Şəmkirdə təcili tibbi yardım maşını qəzaya uğrayıb.

DogruXeber.az "Report"a istinadən məlumatına görə, rayonun Keçili kəndindəki yarımçıq tikilidə baş vermiş partlayış nəticəsində yanıq xəsarəti alan 27 yaşlı Tural Məmmədovu Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparan Səhiyyə Nazirliyinə məxsus "Mercedes" markalı təcili tibbi yardım maşını qəzaya uğrayıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan təcili yardım maşınının qarşısına əks tərəfdən gələn digər avtomobil çıxıb. Təcili yardım maşınının sürücüsü həmin avtomobillə toqquşmadan yayınmağa çalışsa da, buna nail ola bilməyib.

Qəza zamanı hər iki avtomobilin sürücüsüsü yüngül xəsarət alıb. Eyni zamanda Şəmkir rayon Təcili Tibbi Yardım Stansiyasının həkimi də qolundan və bilək nahiyəsindən xəsarət alıb.

Qəza zamanı habelə təcili yardım maşınına ciddi ziyan dəyib.

Qeyd edək ki, yanıq xəsarəti alan T. Məmmədov isə avtomobil qəzası nəticəsində heç bir xəsarət almayıb və o, Bakı şəhər Mərkəzi Yanıq Xəstəxanasına göndərilib. Onun vəziyyətinin isə ağır olaraq qaldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, Şəmkir rayonu, Keçili kəndində ümumi sahəsi 20 m2 olan köməkçi tikilidə (hal-hazırda təmir işləri aparılır) yanğınla nəticələnən partlayış baş verib.

Hadisə zamanı tikilinin pəncərə şüşələri sınıb, divarları qarsalanıb və tikiliyə bitişik yığılmış 16 ton ot bağlamasının 4 tonu yanıb. Partlayış zamanı evdə olan 1 nəfər müxtəlif yanıq xəsarətləri alıb.


@DogruXeber.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram