Bakıda restoran sahibi və işçisi həbs edildi










Sabunçu rayonu Bakıxanov qəsəbəsində sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə fəaliyyət göstərən "pub" aşkar edilib.
Dogruxeber.az bildirir ki,Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı qəsəbənin R.Axundov küçəsində yerləşən "Kabak" restoranının sahibi Samir Qəhrəmanovun sanitar-karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi və müştərilər qəbul etdiyi məlum olub.
Hətta obyektin sahibi restoranın işlədiyi barədə xüsusi reklam çarxları hazırlayaraq sosial şəbəkələrdə yayıb.
Qeyd edək ki, Samir Qəhrəmanov və işçiləri məsuliyyətdən yayınmaq üçün avtomobili ilə obyektin qarşısında dayanan müştərilərə elə nəqliyyat vasitəsinin salonunda xidmət göstəriblər.
Bunun üçün S.Qəhrəmanov avtomobilin salonuna spirtli içkilər və yeməklər təqdim etmək üçün xüsusi qablar da düzəltdirib.
Obyektə və oranın mətbəxinə baxış zamanı yeməklərin adi sanitar-gigiyenik qaydalara belə əməl olunmadan hazırlandığı ortaya çıxıb. Tədbir zamanı obyektin ümumilikdə 11 işçisi və 7 müştərisi saxlanılaraq Polis İdarəsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan Samir Qəhrəmanov və restoranın əməkdaşı Azad Böyükişiyev rayon məhkəməsinin qərarı ilə müvafiq olaraq 10 və 30 sutka inzibati qaydada həbs edilib.

Əlavə edək ki, araşdırma zamanı A. Böyükişiyevin narkotik vasitə aludəçisi olduğu da məlum olub. Müştərilən və obyektin digər əməkdaşları barəsində isə Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək hər biri 100 manat cərimə olunublar.

Son xəbərlər

Azərbaycanlı iqtisadçı: “Qarabağ ermənilərinə işıq, qaz, su verək, pensiya ayıraq!” - Mübahisəli TƏKLİF

Tanınmış vokal ifaçısının adından dələduzluq edilir

Serj Sarkisyan 100 milyon dollar uduzub – Məhkəmə işi

"Xəstə oğluma müalicə üçün möhlət verilmir" - Hərbi komissarlıqdan şikayət və "şikayətdən imtina"

İrana qırıcılarla hücum edildi – Sensasion iddia

“Ramiz Mehdiyevlə münasibətim olmayıb” - Tahir Kərimli TƏKZİB ETDİ

Mədəniyyət və Gənclər və İdman nazirliklərində yoxlama aparılacaq - AÇIQLAMA

Sabah dollar neçəyə olacaq?

ETSN-də nazirin sözü keçərli deyilmiş... - İDDİA

Əbu-Dabi hədəfə alındı: Husilər BƏƏ paytaxtına dronlarla hücum etdilər

“Bəy hamamı” cərimələndi

Əmlak bazarında qiymətlər tarix yazır: Hansı mənzilləri daha ucuz əldə etmək olar? - ŞƏRH

Kapoeyra komandamız Budapeştdə 14 medal qazandı - FOTO

İlham Əliyevlə Monteneqro parlamentinin sədri arasında görüş olub - YENİLƏNİB + FOTO/VİDEO

Pay torpağı olan bəzi şəxslərə təqaüd veriləcək

Şəmkirdə qaçan gəlinin ATASI – “Qızımı yoldan çıxaran Valehi məhkəməyə verəcəyəm”

"İlham Namiq Kamalın fikirləri ilə tamamilə razıyam"

Dövlət Vergi Xidmətinin strukturunda dəyişikliklər olub - DETALLAR

'Hökumət mənim pensiyama qalıb?' - Astara sakinindən NARAZILIQ

Bakıda gecə 0-1° isti, gündüz 4-6° isti olacaq

Azad edilən ərazilərdə qoşunların fasiləsiz hərəkəti təmin edilir - VİDEO

İran nümayəndə heyəti Vyanadadır

Ərdoğan bu il ilk xarici səfərini Albaniyaya edib

20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb

Zaur Mikayılovun işçiləri DÖVLƏTƏ QARŞI... - ŞOK İTTİHAMLAR

Tum şirkətlərinin `QARABAĞ` SAVAŞI... - NARAZILIQ!

Saatlıda COVID-19 bağlı reyd keçirilib

Azərbaycan neftinin qiyməti 90 dollara yaxınlaşdı – SON VƏZİYYƏT

Baş həkim işdən çıxarıldı - FOTO

Ermənistanda koronavirusdan gəbərənlərin sayı 8 020-yə çatıb

Bütün xəbərlər