Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycanda 4 dənizçi koronavirusa yoluxdu

Azərbaycanda 4 dənizçi koronavirusa yoluxdu
3-06-2020, 16:43 127 dəfə baxılıb

Azərbaycanda 4 dənizçi koronavirusa yoluxdu






Son 3 sutka ərzində aparılan testlərin nəticəsinə görə, 4 dənizçinin analizi pozitiv olub.
Dogruxeber.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında "Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev deyib.
Onun sözlərinə görə, həmin əməkdaşlar hazırda karantinə alınıb və özlərini yaxşı hiss edirlər.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dənizçiləri gəmiyə növbəyə getməzdən əvvəl təcrid proseduru əsasında yeni növ koronavirus (COVID-19) xəstəliyinə qarşı analizdən keçirlər. Xatırladım ki, ASCO-da koronavirus pandemiyası ilə əlaqədar qabaqlayıcı tədbirlər 2020-ci ilin əvvəlindən görülür. Gəmilər və sahil obyektləri mütəmadi dezinfeksiya edilir, əməkdaşlar isə fərdi mühafizə, o cümlədən dezinfeksiyaedici məhlullarla təmin olunur. Hazırda ASCO-da iş öz ahəngi ilə davam edir, əməkdaşlar fəaliyyətlərini Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında həyata keçirirlər” – deyə qurum rəsmisi qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram