Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bərdədə ailə faciəsi: Ata traktoru aşırıb oğlunu öldürdü

Bərdədə ailə faciəsi: Ata traktoru aşırıb oğlunu öldürdü
23-06-2020, 12:28 160 dəfə baxılıb

Bərdədə ailə faciəsi: Ata traktoru aşırıb oğlunu öldürdü













İyunun 22-də saat 22 radələrində Bərdə rayon ərazisində 2005-ci il təvəllüdlü Elnur Məmmədlinin traktorun aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölməsi ilə bağlı məlumat daxil olub.

Bərdə Rayon Prokurorluğundan verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən, digər zəruri hərəkətlər yerinə yetirilib.

Müəyyən edilib ki, həmin gün 1971-ci il təvəllüdlü Səyavuş Məmmədov özünə məxsus traktorla oğlu Elnur Məmmədli ilə birlikdə rayon ərazisində yolda hərəkətdə olarkən idarəetməni itirib. Traktorun aşması nəticəsində E.Məmmədli müxtəlif bədən xəsarətləri alaraq, hadisə yerində ölüb.Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Telegram Facebook Twitter Youtube Instagram