hadise
1.07.2020, 10:21
Azərbaycanlı alim koronavirusdan vəfat etdi
Azərbaycanda daha bir tanınmış şəxs, elm xadimi yeni növ koronavirusdan vəfat edib.
Dogruxdedber.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Tamam Cəfərova məlumat verib. O bildirib ki, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Sahib Ömərov dünyasını dəyişib:
“Şamaxı ziyalısı, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Ömərov Sahib Xancan oğlu koronavirus pandemiyası səbəbilə vəfat edib. Mərhuma Allahdan rəhmət, bütün şamaxılılara və Ömərovlar ailəsinə səbr diləyirəm”.
(Axsam.az)