Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Evdən çıxan korona xəstəsi tutuldu

Evdən çıxan korona xəstəsi tutuldu
10-08-2020, 14:15 142 dəfə baxılıb

Evdən çıxan korona xəstəsi tutuldu











Quba rayon sakini Elnur Bayramov COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ona ev şəraitində müalicə təyin edilib.

Dogruxeber.az bildirir ki,Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Axar.az-a verilən məlumata görə, həmin şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk etmiş və digər insanlar üçün real təhlükə yaradıb.

Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan E.Bayramovun törətdiyi qanunazidd hərəkətin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

Həmçinin Quba RPŞ-nin əməkdaşları tərəfindən qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib. Bu zaman mağazalarda bəzi satıcı və müştərilərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb. Onlarla aparılan söhbətlər zamanı koronavirus infeksiyasının fəsadları diqqətə çatdırılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyi bildirilib.

Reydlər zamanı qaydaları pozan şəxslər barəsində İXM-nin 211.2- maddəsi ilə protokollar tərtib olunaraq həmin şəxslər inzibati qaydada məsuliyyətə cəlb ediliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram