Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Balaxanı qəsəbə sakinini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub

Balaxanı qəsəbə sakinini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub
24-10-2020, 13:21 90 dəfə baxılıb

Balaxanı qəsəbə sakinini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub



















Oktyabrın 23-də saat 09 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsi sakini 1988-ci il təvəllüdlü Məmmədov Natiq Fəxrəddin oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu Rayon Prokurorluğdan bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və cəsədə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Balaxanı qəsəbə sakini 1995-ci il təvəllüdlü Mahmudov Ülvi Vüqar oğlunun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Natiq Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ülvi Mahmudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
(AZƏRTAC)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram