Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Tərtərdə ziyan dəymiş 796 obyektə baxış keçirilib

Tərtərdə ziyan dəymiş 796 obyektə baxış keçirilib
24-11-2020, 17:06 119 dəfə baxılıb

Tərtərdə ziyan dəymiş 796 obyektə baxış keçirilib










Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin mərmi və raket atəşinə tutulması nəticəsində mülki əhaliyə, evlərə, mənzillərə, dövlət əmlakına, infrastruktur obyektlərinə xeyli ziyan dəyib. Digər cəbhəyanı rayonlar kimi Tərtər rayonunda da Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində mülki əhaliyə, evlərə, mənzillərə, dövlət əmlakına, infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi işləri həyata keçirilir.

DogruXeber.az bildirir ki, Tərtər rayonu üzrə işçi qrupun rəhbəri Qubad Heydərov bildirib ki, ilkin məlumata görə Tərtər rayonunun 40 yaşayış məntəqəsində 4 mindən çox obyektə ziyan dəyib. Tərtər rayonunda üç işçi qrup fəaliyyət göstərir. Artıq Tərtər şəhərində, 4 kənddə və 1 qəsəbədə ziyan dəymiş 796 obyektə, o cümlədən 611 fərdi evə, 147 mənzilə, 5 qeyri-yaşayış sahəsinə, 23 sahibkarlıq obyektinə, 6 sosial, 4 inzibati obyektə baxış keçirilib. Dəymiş ziyan qeydiyyata alınıb, aktlar tərtib edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 6-da "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb. Müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qruplar vəziyyətlə yerində tanış olmaq və qiymətləndirmə işlərinin aparılması məqsədilə Ermənistan silahlı qüvvələrinin zərər vurduğu şəhər və rayonlara ezam olunublar.
(Azərtac)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram