Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Soyğunçuluq edən dəstə zərərsizləşdirilib

14-04-2018, 11:56

Soyğunçuluq edən dəstə zərərsizləşdirilib


















Bakıda soyğunçuluq edən dəstə zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, aprelin 13-də DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini Ceyhun Novruzov saat 1 radələrində Zabrat qəsəbəsi ərazisində "Mercedes” markalı avtomobilinə yaxınlaşan 6 nəfər tanımadığı şəxsin Binəqədi qəsəbəsinə gedəcəklərini deməsi, etiraz etdikdə isə onu döyərək mobil telefonunu aldıqlarını bildirib.
Dərhal məlumatla əlaqədar Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxslər qısa zamanda müəyyən edilib. Görülmüş tədbirlərlə onlar "isti izlər”lə saxlanılıblar.
Araşdırmalarla onların Bakı şəhər sakinləri İlfat Qasımov, Elşad İsmayılov, Murad Muradov, Vasif Vəlizadə, əvvəllər məhkum olunmuş Orxan Vəlizadə və Füzuli rayon sakini Rəşad Əliyev olduqları müəyyən edilib.
Onların qəsəbə ərazisində digər "Mercedes” markalı avtomobilin sürücüsü Səxavət Piriyevə qarşı da eyni üsulla cinayət törətdikləri müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram