Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bakıda orta məktəbdə kütləvi zəhərlənmə: 50 şagird, 4 müəllim…

Bakıda orta məktəbdə kütləvi zəhərlənmə: 50 şagird, 4 müəllim…
23-04-2018, 15:17 309 dəfə baxılıb

Bakıda orta məktəbdə kütləvi zəhərlənmə: 50 şagird, 4 müəllim…
















Xəzər Universitetinin nəzdində yaradılmış, “Dünya” məktəbi təlim-tərbiyə müəssisəsində kütləvi zəhərlənmə baş verib.
DogruXeber.az xəbər verir ki, unikal.org-a daxil olan məlumata görə, zəhərlənmə “Dünya” məktəbinin şagirdləri arasında baş verib.
Belə ki, ötən həftəsonu məktəbin bufetində yemək yeyən uşaqlar sonradan özlərini piss hiss etməyə başlayıblar. Zəhərlənən şagirdlər valideynlərinin köməkliyi ilə Bakıda xəstəxanalara yerləşdirilib və onların mədə-bağırsaqları yuyulub.
“Dünya” məktəbi təlim-tərbiyə müəssisəsinin direktoru Mərufə MədətliUnikal.org-a açıqlamasında baş verən hadisəni belə şərh edib:
“Bu hadisə ötən həftə baş verib. Hazırda 50 şagird və 4 müəllimimiz səhhətləri ilə əlaqədar məktəbə gəlmirlər”.
M.Mədətli baş verən hadisəni zəhərlənmə ilə deyil, qrip virusu ilə əlaqələndirib:
“Şagirdlərimiz qripə yoluxublar. Ona görə, dərsə gəlmirlər. Valideynlər isə övladlarının məktəbdə yedikləri qidadan zəhərləndiyini bizə deyirlər. Bəzi valideyinlər var ki, baş verən hadisəyə görə, qorxudan uşaqlarının məktəbə gəlməsinə icazə vermirlər. Bu məsələ ilə bağlı araşdırma aparılır. Şagirdlərə verilən qidadan nümunələr götürülərək, Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib”.
Binəqədi Rayon Gigiyena və Epidemeologiya Mərkəzinin şöbə müdiri Mülayim Abıyeva unikal.org-a açıqlamasında deyib ki, paytaxt salatı və digər qidalardan nümunələr götürmüşük: “Bu həftənin sonuna kimi, nümunələrin nəticəsi açıqlanacaq. Bundan sonra biləcəyik ki, şagirdlərin zəhərlənməsi nədən baş verib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Telegram Facebook Twitter Youtube Instagram