Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə nələr baş verir ? VİDEO

Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə nələr baş verir ? VİDEO
14-05-2018, 01:45 4 251 dəfə baxılıb

Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə nələr baş verir ? VİDEO














Bir neçə gün öncə DogruXeber.az informasiya agentliyinin redaksiyasına Sumqayıt şəhər sakini Hüseynov Rafiq Hüseyn oğlu tərəfindən müraciət daxil olmuşdur. Müraciət ilə bağlı əməkdaşlarımız Sumqayıt şəhərinə gedib, H.Rafiq Hüseyn oğlundan video sujet hazırlayıblar. Aşağıda sizlərə təqdim edəcəyimiz video sujetdə nələr baş verdiyini izləyəcəksiniz.


Sumqayıt şəhər sakini H.Rafiq Hüseyn oğlu Müraciətində bildirmişdir ki, evimin yaxınlığında olan Sumqayıt şəhər 9 saylı tam orta məktəbin direktoru Abdullayeva Həqiqət xanım, mən qaynaqçı olduğum üçün məni məktəbə çağırtdırıb məktəbin sinif otaqlarına reşotka yığmağımı təklif etmişdir. Şikayətçi qeyd edir ki,H.Abdullayeva mənə bildirdi ki, başqa usta ilə danışmışam bizə bir reşotka üçün 75 manat qiymət deyib, siz bizim üçün neçiyə düzəldərsiniz ? R.Hüseynov deyir ki,mən isə bir reşotkanı 50 manata düzəldərəm dedikdə,məktəb direktoru H.Abdullayeva mənim ilə razılaşıb və mənə bildirdi ki,bir neçə gün gözlə, sinif müəllimələri ilə danışım şagirdlərdən pul yığsınlar və sizə verək işə başlayın. R.Hüseynov bildirir ki,mən direktorla razılaşıb evimə döndum. Şikayətçi R.Hüseynov bildirir ki, danışdığımız gündən iki gün sonra yenidən direktor məni yanına çağırtdırıb reşotkaların yarı pulunu mənə verib bildirdi ki,bunu götür işə başla qalanını da bir –iki günə sagirdlərdən toplayıb verecəyik. R.Hüseynov deyir ki, mən pulu qəbul edib işə başladım və reşotkaların bir neçəsini düzədib sinif otaqlarının pəncərəsinə quraşdırdığım zaman pilləkən ayağımın altından sürüşdü və mən yerə yıxıldıqda reşotka da ayağımın üzərinə düşdü. Ayağım topuqdan sındı və yerdə qışqıra-qışqıra qalmışdım ,hərkəs gəlib başımın üstündə dayanıb mənə baxırdı.Məktəb direktoru H.Abdullayeva da onlarla bir yerdə idi. Direktor yanımda olan qardaşıma qışqıraraq bildirdi ki, “nə baxırsan götür zibil qardaşını da apar evinizdə təcili yardıma zəng et, burda zəng etme.” Sumqayıt şəhər sakini R.Hüseynov qeyd edir ki, qardaşımın həyat yoldaşı təcili yardıma zəng vurduqdan sonra, təcili yardım maşını gəllib məni Sumqayıt şəhər xəstəxanasına yerləşdirdilər. Şikayətçi deyir ki,Aprelin 24-dən xəstəxanada yatıram .Məktəb direktoru bir dəfə də olsun nə maraqlanıb, nədə ki maddi kömək göstərib. Sumqayıt şəhər sakini Hüseynov Rafiq Hüseyn oğlunun şikayəti ilə bağlı ertəsi gün DogruXeber.az informasiya agentliyinin baş redaktoru Kamal Əsgərov Sumqayıt şəhəri 9 saylı tam orta məktəbin direktoru A.Həqiqət xanım ilə görüşüb barəsində redaksiyamıza olunan müraciətə münasibət bildirməsini istəyib.
Qarşı tərəfin mövqeyi:
Sumqayıt şəhər 9 saylı tam orta məktəb direktoru A.Həqiqət xanım DogruXeber.az informasiya agentliyinin baş redaktoru Ə.Kamalı otağına qəbul edib. İlk olaraq jurnalistin sualı belə olub: hörmətli A.Həqiqət xanım siz adı gedən məktəbin direktorusunuz ? Xeyir hələ ki, əvəz edici işləyirəm deyə cavab verən A.Həqiqət xanıma ikinci sual isə belə olub. H.Rafiq Hüseyn oğlunun məktəbdə pəncərə üçün reşotka düzəldərkən ağır xəsarət alması doğrudurmu ? Cavab: Bəli mən onunla aşağı siniflərin pəncərəsinə reşotka yığması üçün bir reşotkaya 50 manat ilə razılaşıb pulun bir hissəsin vermişdim ki, düzəltsin, qalan hissəsini də düzəldən kimi verim. Sonra isə pulun qalan hissəsini tamami ilə verib qurtarsam da H.Rafiq Hüseyn oğlu gördüyü işi çox gec gördü, sonunda da yixilib ayağını qırdı. Sual: H.Rafiq Hüseyn oğlu yıxılıb ayağını qırdıqda siz hər hansı bir köməklik göstərdinizmi ? Xeyir mənim işçim deyil ki,əmək müqaviləsi bağlamamışam, nə köməklik göstərməliyəm ?!- pulunun hamısını vermişəm getsin özünü müalicə etdirsin. Jurnalist, direktor əvəz edicisi A.Həqiqət xanıma sual olaraq bildirdik də ki,məktəbin sinif otaqlarına reşotka qoyulması təhsil nazirliyi tərəfindən verilən göstəriş əsasında qoyulur, yoxsa sizin öz təşəbbüsünüzdür?cavab: Öz təşəbbüsümdür deyə bildirən məktəb direktor əvəz edicisi A.Həqiqət xanım qeyd edib ki, Şumqayıt ərazisində oğurluq halları tez-tez baş verdiyi üçün bunları etdirirəm ki,sinif otaqlarında bahalı avadanlıqlar var. Jurnalist sual etdik də ki,məktəbi qoruyan gözətçi yoxdur ? A.Həqiqət xanım isə bildirib ki var, amma ona da etibar etmirəm. Sonunda jurnalistin verdiyi suallar: Hörmətli Abdullayeva Həqiqət xanım! bizim redaksiyaya adının anonim olmasını istəyən Sumqayıt şəhər sakini bildirib ki, sizin müvəqqəti diroktoru olduğunuz məktəbdə 10-cu və 11-ci sinif şagirdləri dərslərdə davamiyyətli iştirak etmirlər, hazırlıqlara gedirlər, eyni zamanda fərdi təhsil alan sagirdləriniz məktəbə gəlmirlər,həmçinin xadiməçi ştatında olan işçiniz kargüzar vəzifəsini icra edir bunlara münasibət bildirərdiniz. Cavab: Xeyir deyilənləri qəbul etmirəm və cavab belə vermirəm.
Jurnalist qeyd edir ki, deyilən son suallarla bağlı araşdırma aparmaq istədikdə direktor əvəz edicisi A.Həqiqət xanım buna tam olaraq etiraz bildirib.
Biz hələ ki,bu məsələni diqqətimizdə saxlayacağıq:
DogruXeber.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram