Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Soyğunçunun Yeni il gecəsi: 4 saat ərzində “Tunel”də...

6-01-2018, 13:37

http://teleqraf.com/storage/2017/04/18/qandal.jpg



















Bakının Nəsimi rayonu ərazisində yeni il gecəsi soyğunçuluq üstündə həbs edilən gəncin daha bir neçə cinayəti üzə çıxıb.

Yanvarın 1-də saat 1 radələrində Nəsimi rayonu ərazisindəki gözəllik salonlarından birinə gəlmiş naməlum şəxs kassadan içərisində 5000 manat və müxtəlif kartlar olan pulqabını soyğunçuluq yolu ilə aparıb.

Ağdam rayonunda anadan olmuş 1989-cu il təvəllüdlü Ağadadaş Ağayev həmin gecə, gecə saat 05.40-da Tbilisi prospektində yerləşən “Tunel” gecə klubunda Nəsimi rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində müvafiq araşdırma aparılması üçün ərazi üzrə 19-cu polis bölməsinə təhvil verilib.

Məlum olub ki, Ağadadaş Ağayev gözəllik salonundan soyğunçuluq yolu ilə ələ keçirdiyi pulu son qəpiyinə qədər gecə klubunda xərcləyib.

Ağadadaş Ağayev gecə klubunda yüngül həyat tərzi keçirən bir neçə qadınla əylənib. Dayanmadan pul xərcləməsi oradan olan müahfizəçilərin diqqətindən yayınmayıb.

Bu barədə mühafizə polisi məlumatlandırılıb.

Mühafizə kameraları vasitəsi ilə aparılan araşdırma zamanı Ağadadaş Ağayevin oğurluq etdiyi üzə çıxıb və o, gecə klubundaca qandallanıb.

İstintaq araşdırması zamanı Ağadadaş Ağayevin ötən il bir neçə oğurluq və soyğunçuluq cinayətləri törətməsi də məlum olub.

Faktla bağlı cinayət işi başlanıb./Teleqraf.com
dogruxeberaz.info






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram