Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Ərəstun Oruclu kontr-admiral Şahin Sultanova qarşı cinayət işinin təfərrüatını açdı

Ərəstun Oruclu kontr-admiral Şahin Sultanova qarşı cinayət işinin təfərrüatını açdı
14-06-2018, 18:02 396 dəfə baxılıb

Ərəstun Oruclu kontr-admiral Şahin Sultanova qarşı cinayət işinin təfərrüatını açdı













Məşhur MTN-çi milli qəhrəman Mübariz İbrahimovun təhdid edilməsini açıqladı
ABŞ-a köçən tanınmış politoloq, “Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu illərlə apardığı müşahidə və aldığı məlumatlar əsasında özünün bloqunda sensasion xarakterli, şok effektli son dərəcə ilginc yazılar yazmaqda davam edir. O, ötən aylarda Eldar Mahmudovun 11 illik fəaliyyəti haqda, MTN-də həmin illər ərzində baş verən, ölkənin ictimai-siyasi həyatını silkələyən, lakin bir çox tərəfləri gizli saxlanılan olayların bəzilərinin üzərindən sirr pərdəsini qaldıran müəllif yazıları ilə çıxış edib.

Ərəstun Oruclu bu səpkili yazılarını davam etdirir. Yazılardan birində Hərbi Dəniz Qüvvələri komandanı, ölkənin yeganə kontr-admiralı Şahin Sultanova qarşı başladılan cinayət işinin sifarişli olmasını qeyd edib. Hərbi prokuror Xanlar Vəliyevi sifarişin icraçısı adlandırır. Yazır ki, hərbi prokuror Xanlar Vəliyevin Xəzərdə ölkənin suverenliyini təmin etməli olan sualtı radar sistemini quranlara qarşı başlatdığı saxta cinayət işi Azərbaycanın Xəzərdə öz sektoruna suverenliyinin itirməsinə gətirib çıxarıb.

“Şahin Sultanova qarşı açılan saxta cinayət işi mahiyyət etibarilə ağır dövləti cinayətdir”
Ə.Oruclunun bloqundan sitat: “2013-2014 illərdə Hərbi Dəniz Qüvvələri komandanı, ölkənin yeganə kontr-admiralı Şahin Sultanova qarşı qaldırılan və nəticədə admiralın həbsinə səbəb olan saxta cinayət işi sözün həqiqi mənasında dövlətə xəyanət idi”.

“Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri bloqunda yazır ki, kontr-admiralın həbsində hədəf heç də Şahin Sultanovun personası deyildi: “Həmin saxta cinayət işinin məqsədi Xəzərin Azərbaycan sektorunda Hərbi-Dəniz Qüvvələri tərəfindən ölkənin Xəzərdəki suverenliyini təmin etməli olan sualtı radar sisteminin quraşdırılmasının qarşısını almaq idi. Gördüyümüz kimi, Hərbi Prokurorluq həmin əməliyyatı da uğurla başa çatdırdı və nəticədə bu gün Azərbaycan faktiki olaraq Xəzərin ölkəyə məxsus sektorunda suverenliyini tam itirmək üzrədir”.

Ə.Oruclu daha sonra yazır: “Hələ 2013-cü ilin sonunda hərbi prokurorluq və onun rəhbəri tərəfindən başladılan və Şahin Sultanova qarşı açılan saxta cinayət işi mahiyyət etibarilə ağır dövləti cinayətdir və Rusiya tərəfindən sifariş olunub. Dövlət və hakimiyyət orqanları üçün maraqlıdırsa, həmin sənədin surətinin vaxtilə bizə ölkənin hərbi əks-kəşfiyyatındakı şəxslərdən biri tərəfindən ötürüldüyünü qeyd edə bilərəm”.


Ərəstun Oruclu bundan başqa mərhum Milli Qəhrəman Mübariz İbrahimovun məlum hadisə ərəfəsində hərbi prokurorluq tərəfindən təhdid olunması haqda da əlində sübutların olmasını açıqlayıb.

Mübariz İbrahimov məlum hadisə ərəfəsində hərbi prokurorluq tərəfindən təhdid olunub!

Sitat: “Milli Qəhrəman Mübariz İbrahimovun məlum hadisə ərəfəsində hərbi prokurorluq tərəfindən təhdid olunması haqda da əlimizdə sübut-dəlilli məlumat var. Amma bu hadisənin və onun nəticələrinin ümummilli mənəvi-siyasi əhəmiyyətini nəzərə alaraq, mərhum Milli Qəhrəmanın işğalçılarla döyüşdə həlak olmasından həmən sonra bizə təqdim olunmuş sənədi o zaman ictimailəşdirmədiyim kimi, bu gün də bunu etmək fikrində deyiləm. Dövlət və hakimiyyət orqanları üçün maraqlıdırsa, həmin sənədin surətinin vaxtilə bizə ölkənin hərbi əks-kəşfiyyatındakı şəxslərdən biri tərəfindən ötürüldüyünü qeyd edə bilərəm”.

musavat.com


Ərəstun Oruclu kontr-admiral Şahin Sultanova qarşı cinayət işinin təfərrüatını açdı

Ərəstun Oruclu kontr-admiral Şahin Sultanova qarşı cinayət işinin təfərrüatını açdı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram