Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL OLAN SAXLANILDI

18-06-2018, 19:44

NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL OLAN SAXLANILDI














Xaşmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrinin satışında şübhəli bilinən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan DogruXeber.az-a verilən məlumata görə, iyunun 16-da daxil olmuş məlumat əsasında Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan Abdullayev saxlanılıb. Onun üzərinə şəxsi baxış keçirilən zaman 0,165 qram heroin aşkar edilərək götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq hal şahidlərinin iştirakı ilə A.Abdullayevin evinə baxış zamanı oradan satış üçün hazırlanmış bir neçə bükümdə 0,869 qram heroin, 450 qram narkotik vasitə olan qurudulmuş marixuana və 11 ədəd dövriyyəsi məhdudlaşdırılmış narkotik tərkibli Metadon və Preqabalin həbləri aşkar edilərək götürülüb.
Faktlarla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Nizam Həmidov
polis leytenantı
NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL OLAN SAXLANILDI
NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL OLAN SAXLANILDI
NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL OLAN SAXLANILDI






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram