https://apa.az/upload/images/news/2018/january/08/big/mehkeme.jpg













Bakıda bayram günləri rayonlara istirahətə gedən şəxslərin evlərindən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən fərdi evlərin birindən oğurluq edilib. Bu barədə ev sahibi Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə məlumat verib. Şikayətçi bayram tətili ilə əlaqədar olaraq Şəki şəhərində olduğu müddətdə naməlum şəxsin onun mənzilinin pəncərəsini qıraraq içəri daxil olduğunu və oradan qızıl-zinət əşyaları və bir ədəd “LG” markalı televizorun oğurladığını bildirib.

12-ci Polis Bölməsi əməkdaşlarının “isti izlər”lə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Süleymanov tutulub. Saxlanılan şəxs ifadəsində oğurluq etdiyi evin sahibi ilə qonşu olduğunu və həmin evdə heç kimin yaşamadığını bildiyi üçün oradan oğurluq etdiyini qeyd edib. H. Süleymanovun ətrafında əlavə olaraq həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı onun digər cinayətlərinin də üstü açılıb. Araşdırmalarla saxlanılan şəxsin eyni gündə Balaxanı qəsəbəsində daha iki fərdi yaşayış evinə oğurluq niyyəti ilə daxil olduğu və həmin mənzillərdən də məişət əşyaları və televizor oğurladığı məlum olub.

Qeyd edək ki, H. Süleymanovun oğurluq etdiyi digər evlərin sahibləri də hadisə zamanı bayramla əlaqədar olaraq müxtəlif bölgələrdə istirahətdə olublar.

Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
dogruxeberaz.info


Oxunub: 573

Son xəbərlər

Kim Çen In maska rejimini ləğv etdi

İlham Əliyev Ermənistana xəbərdarlıq edib

Azərbaycan nefti ucuzlaşdı

700 bal toplayan qız Azərbaycan universitetlərindən imtina ETDİ

12 avqust-Beynəlxalq Gənclər Günü münasibəti ilə Zərdabda günərzi yay düşərgəsi təşkil olundu

1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!

"Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir"- Göyçay RMX-də vəziyyət hər gələn gün ötən günə nisbətən daha da çətinləşir.

Prezidentdən Azərpaşa Nemətovla bağlı SƏRƏNCAM

Prezidentdən 3,2 milyon manatlıq SƏRƏNCAM

Rəisi və Putin istəməsə də:Türkiyə artıq Qafqazdadır - GƏLİŞMƏ

Səfər Mehdiyevin GÖMRÜKDƏKİ LƏPİRİ... - "RAMAL-TRANS" HOQQASI DAVAM EDİR...

"İpoteka kreditinin şərtləri yumşaldılıb" - Mərkəzi Bank

Avstraliya Liberal Partiyasından Azərbaycana qarşı TƏXRİBAT

Çörəyin qiyməti bahalaşa bilərmi? - AÇIQLAMA

Azərbaycanda benzin və dizel istehsalı AZALIB

Respublika Dəri-Zöhrəvi Mərkəzi XƏSTƏLİK YAYIR - İLGİNC FAKTLAR

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Azərbaycanda qaz tarifləri dəyişdirilir? - RƏSMİ AÇIQLAMA

Şənbə gününə olan hava proqnozu

Azərbaycanda dollar bahalaşa bilərmi? - AÇIQLAMA

Cinayət törədən qadınların sayı artıb

Azərbaycan-İran sərhədində atışma: Yaralanan var

Məktəbli Formalarının Satışa Çıxarılacağı Vaxt Açıqlanıb

Qafqazda ruslara ən çox bu millət NİFRƏT EDİR...

Prezident və xanımı Qobustana getdi

"Türkiyə bilməlidir ki, odla oynayır" - İranlı diplomat

İnternet niyə bahalaşdı? - Nazir müşavirindən AÇIQLAMA

Kür çayının sahilində narkotik yetişdirən Neftçala rayon sakini saxlanılıb

BMT-dən ciddi xəbərdarlıq

Mənzil bazarında bahalaşma olacaq - ARAŞDIRMA

Bütün xəbərlər