Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Sumqayıtda sürücü qadın piyada qadını vurub xəstəxanalıq etdi

15-01-2018, 09:06

https://i.virtualaz.org/224007_res_01.jpg











Sumqayıtda qadın sürücü yol-nəqliyyat hadisəsi törədib.
Hadisə şəhərin Üzeyir Hacibəyov küçəsində baş verib.

Belə ki, Sumqayıt şəhəri, Haci Zeynalabdin qəsəbəsinin sakini, 1962-ci il təvəllüdlü Südabə Ağaverdi qızı Ağayeva Ü. Hacıbəyov küçəsində yolu keçmək istəyərkən onu qarşı tərəfdən gələn "Hyundai" markalı, 90-OF-039 dövlət nömrə nişanlı avtomobil vurub. Hadisə şahidlərinin sözlərinə görə, qadın sürücünün idarə etdiyi avtomobil o qədər yüksək sürətlə hərəkət edib ki, Südabə Ağayevanı vurandan sonra onun üstündən keçib.

Hadisə nəticəsində piyadanın sağ bud sümüyü sınıb və o, ağır kəllə-beyin travması alıb. Yaralı Sumqayıt şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTYX) Zədə Məntəqəsinə çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən S.Ağayevanın vəziyyətinin ağır olduğu bildirilir.

Adı hələlik açıqlanmayan sürücü isə məsuliyyətə cəlb olunub. Faktla bağlı araşdırma aparılır./"Report"






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram