hadise
23.08.2018, 13:43
“Lotu Quli” həbs olunması xəbərini təkzib etdi
Bir sıra kütləvi informasiya vasitələri kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) Monteneqroda saxlanılması barədə məlumat yayıblar.
“Qafqazinfo” xəbər verir ki, hazırda Türkiyədə olan kriminal avtoritet virtualaz.org-a açıqlamasında həbsi barədə məlumatı təkzib edib:
“Bu məlumat həqiqəti əks etdirmir. KİV-in mənim barəmdə yaydığı növbəti yalandır”.