Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Ucarda atanı öldürüb, oğlunu yaralayan şəxs tutuldu

Ucarda atanı öldürüb, oğlunu yaralayan şəxs tutuldu
20-01-2018, 11:17 326 dəfə baxılıb

https://i.virtualaz.org/224700_res_01.jpg











Ucar rayonunda ata və oğlunu bıçaqlayan şəxs tutulub.

Ucar Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, cinayətin törədilməsində şübhəli bilinən İsayev Nurlan Sahib oğlu saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

***09:58

Ucarda ata və oğul bıçaqlanıb.

APA-nın xəbərinə görə, hadisə ötən gecə, saat 23:30 radələrində rayon ərazisində baş verib.

Şəhərin Heydər Əliyev prospekti, ev 92 ünvanında yaşayan 1959-cı il təvəllüdlü Tehran Salman oğlu Zahidov və oğlu, 1982-ci il təvəllüdlü Samir Tehran oğlu Zahidov bıçaq xəsarətləri ilə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

T. Zahidovun ürək nahiyəsindən aldığı xəsarət ağır olduğundan o, xəstəxanada ölüb. Oğlu S. Zahidov isə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram