Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Elmar ilk görüşdə qalib gəldi

25-09-2018, 10:30

Elmar ilk görüşdə qalib gəldi













Bakıda davam edən dünya çempionatında bu gün Azərbaycanın daha iki cüdoçusu çıxış edəcək.

Altıncı yarış günündə 100 kq çəki dərəcəsində Elmar Qasımovla Zelim Kotsoyev mübarizəyə qoşulacaqlar. Hər iki idmançı yarışa 1/32 final mərhələsindən başlayacaq. Onlar ilk görüşlərini isveçli cüdoçulara - müvafiq olaraq, Martin Paçek və Yoakim Dvarbiyə qarşı keçirəcəklər.

Bu gün qadınların yarışında 78 kq çəkiyə malik cüdoçular da qüvvəsini sınayacaq. Azərbaycan millisi bu çəki dərəcəsində təmsil olunmur. İlk görüşlər saat 10:00-da start götürəcək. Saat 16:00-dan etibarən isə medal qarşılaşmaları başlanacaq.

Qasımov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının, eləcə də 2014-cü il Avropa çempionatının gümüş, 2012-ci il qitə çempionatının və 2017-ci il dünya çempionatının bürünc medalçısıdır. 27 yaşlı idmançı Dünya Turu seriyalı yarışlarda 5 qızıl, 3 gümüş və 7 bürünc medal əldə edib. O, 2009-cu ildə Ermənistanın paytaxtı Yerevanda gənclər arasında Avropa çempionatında qızıl medal qazanaraq, Azərbaycanın dövlət himnini səsləndirib.

Kotsoyev Avropa Kubokunun qalibi, builki qitə çempionatının bürünc medalçısıdır. 20 yaşlı cüdoçu 2 dəfə Qrin-prilərdə 1-ci yeri tutub.

Qeyd edək ki, geridə qalan 5 yarış günündə Azərbaycan idmançılarından Aişə Qurbanlı (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinxorlu Munxtsedev (57 kq), Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) və Məmmədəli Mehdiyev (90 kq) çıxışlarını başa vurublar. Onlardan yalnız Heydərov dünya çempionatının bürünc medalını qazanıb. Fərdi yarışlarda son olaraq sentyabrın 26-da İrina Kindzerska (+78 kq) və Uşangi Kokauri (+100 kq) mübarizə aparacaq.

***

Elmar Qasımov ilk görüşdə isveçli Martin Paçekoya qalib gəlib. Onun növbəti rəqibi Çerneqoriyalı Danilo Pantiç olacaq.

Zelim Koçoev isveçli Yoakimu Dvarbiyə uduzub.\qafqazinfo






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram