Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Topaz Premyer Liqasının altıncı turuna yekun vuruldu - NƏTİCƏLƏR

Topaz Premyer Liqasının altıncı turuna yekun vuruldu - NƏTİCƏLƏR
1-10-2018, 08:05 297 dəfə baxılıb

Topaz Premyer Liqasının altıncı turuna yekun vuruldu - NƏTİCƏLƏR










Sentyabrın 30-da Topaz Premyer Liqasının altıncı turuna yekun vurulub.

Qəbələ şəhər stadionunda eyniadlı komanda “Keşlə"ni qəbul edib.

FİFA referisi Rəvan Həmzəzadənin idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 5-ci dəqiqədə "Keşlə"nin hücumçusu Amil Yunanov açıb. Belə ki, A.Yunanov Rasim Ramaldanovun səhvindən sonra qapıçı ilə təkbətək mübarizədən qalib ayrılıb. Qoldan sonra fasiləyə qədər hesab dəyişilməyib.

Qarşılaşmanın ikinci hissəsində "Qəbələ" bərabərlik qolunu 76-cı dəqiqədə vurub. Nəzarətsiz qalan Stiven Monroz topu "Keşlə"nin qapısına göndərib. Bu nəticədən sonra "Qəbələ" xalların sayını 5-ə çatdırıb. "Keşlə" isə 2 xal toplayıb.

Turun sonuncu oyunu "Bayıl Arena"da "Sumqayıt" və "Zirə" arasında baş tutub. Görüş "Sumqayıt" klubunun minimal hesabla qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi Atilla Yıldırım olub.

Xatırladaq ki, turun ilk oyun günündə "Neftçi" evdə "Səbail"i 4:0, "Qarabağ" isə səfərdə debütant "Sabah"ı 2:0 hesabı ilə məğlub edib.

Aktivində 16 xalı olan "Neftçi" və "Qarabağ" klubları tura başçılıq edir. 10 xalla "Sumqayıt" və "Sabah" üçüncü və dördüncü yerləri bölüşürlər. Digər pillələrdə isə müvafiq olaraq "Qəbələ" (5), "Səbail" (5), "Zirə" (2) və "Keşlə" (2) qərarlaşıb./Publika.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram