Vüqar Talıbov olimpiya çempionu oldu - Yeniləndi













Azərbaycan cüdoçusu Vüqar Talıbov Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qalibi olub.

66 kq çəki dərəcəsində çıxış edən 15 yaşlı idmançı finalda rusiyalı Abrek Naquçevi 2 dəqiqə 3 saniyəyə ipponla məğlub edib. Bununla da Talıbov Buenos-Ayres olimpiadasında ilk qızıl medalın sahibi olub. O həm də yeniyetmələr arasında olimpiya çempionu olan ilk cüdoçu kimi tarixə düşüb. Daha əvvəl 2014-cü il Nankin olimpiadasında Leyla Əliyeva (44 kq) və Natiq Qurbanlı (55 kq) gümüş medal əldə etmişdilər.

21:44

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan milli komandası ilk medalını təmin edib.

Teleqraf.com xəbər verir ki, həmin medalı cüdoçu Vüqar Talıbov 66 kq çəki dərəcəsində finala yüksəlməklə əldə edib.

On beş yaşlı idmançı ilk görüşündə yəmənli Əhəd əl-Sağırı, 1/4 finalda tacikistanlı Camşed Süleymonini, yarımfinalda isə dominikanlı Antonio Tornalı üstələyib. Finalda onun rəqibi rusiyalı Abrek Naquçev olacaq. Bu görüşün nəticəsindən asılı olmayaraq, Talıbov ən azı gümüş medalı özünə təmin edib.

Azərbaycanın qadın cüdoçusu Vüsalə Kərimova isə 7-ci yeri tutub. 44 kq çəkidə yer alan Kərimova ilk görüşündə bolqarıstanlı Aleksa Georgiyevaya 22 saniyəyə ipponla qalib gəlsə də, 1/4 finalda xorvatiyalı Viktoriya Pulyiçə uduzub. O, bürünc medal uğrunda ilk təsəlliverici görüşdə butanlı Yanqçen Vanqmonu 28 saniyəyə ipponla üstələyib. Lakin növbəti qarşılaşmada yeniyetmə cüdoçunun qarşısını kosovolu Erza Muminoviç kəsib.

Qeyd edək ki, olimpiadada Azərbaycanı ümumilikdə 17 idmançı təmsil edir.

Son xəbərlər

"Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO

Məhbusun ŞOK iddiası

Müdafiə Nazirliyindən hərbçimizin həlak olması ilə bağlı AÇIQLAMA - FOTO/VİDEO

Ulduzlar bu gün nə deyir

81 il birlikdə yaşayan cütlükdən möhkəm ailənin sirrii...

Çində boyalı kişilərin televiziyada nümayişi qadağan edildi

Sürücü DYP əməkdaşından narazıdır - YENİLƏNDİ

Qubada orta məktəbdə narkotik əleyhinə maarifləndirmə tədbiri keçirilib

Media camesəi adından Prezidentə MÜRACİƏT OLUNDU - "Xahiş edirik ki..."

Banklar dolların alış qiymətini niyə qaldırıb? - ARAŞDIRMA

Nazir polis mayoruna yeni vəzifə verdi - ƏMR

Avropada əsəblər tarıma çəkilib: Gözləntilər nələrdir? - GƏLİŞMƏ

Sabaha olan hava proqnozu açıqlandı - XƏBƏRDARLIQ

Ölkəyə gətirilən yeni dərmanlar 20 faiz BAHALAŞDI – Keyfiyyət artacaqmı?

Fransa prezidentliyinə namizəddən növbəti HƏDSİZLİK – Azərbaycana qarşı iddia qaldıracaq...

"İndi bütün telekanallar bir birinə oxşayır" - Xalq artisti

Minimum pensiya məbləği artdı: Problem nədədir?

Rəqsanənin müğənni qızı xəsarət aldı - VİDEO

Hərbi Akademiyada doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ

Caliber.Az artıq həm də erməni dilində!

Bakıda anbardakı yanğın söndürüldü - YENİLƏNİB

"Mənə təkidlə “sığorta yalnız xaricdə keçərlidir” dedilər" - “Atəşgah Sığorta”dan HOQQABAZLIQ...

Bakıda anbar yanır

AMEA-nın şöbə müdiri vəfat etdi - FOTO

Vasif Talıbovun oğulları Londona PUL YATIRIR - Büdcədən oğurlanmış 77 MİLYON MANAT

Gündəlik dualar və savabları

Çobanyastığı bitgisinin faydaları

Yeni məmurların mərəzi: “Rüşvət almırlar deyə, iş də görmürlər” - Deputatdan İLGİNC AÇIQLAMALAR

Keyfiyyətsiz dərmanlar Azərbaycana hansı yolla və necə gətirilir? - Diqqət, TƏHLÜKƏ!!!

Azərbaycanda ətin qiyməti BAHALAŞDI

Bütün xəbərlər