Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Premyer Liqada 10-cu turun hakim təyinatları

Premyer Liqada 10-cu turun hakim təyinatları
31-10-2018, 08:31 292 dəfə baxılıb

Premyer Liqada 10-cu turun hakim təyinatları










Azərbaycan Premyer Liqasında X turun oyunlarına hakim təyinatları açıqlanıb.

Noyabrın 3-də “Azərsun Arena”da “Qarabağ”–“Sumqayıt” qarşılaşmasını hakim Əliyar Ağayev idarə edəcək. Həmin gün “ASK Arena”da keçiriləcək “Keşlə” – “Neftçi” görüşünün əsas hakimi Rauf Cabbarov olacaq.

Noyabrın 4-də Qəbələ şəhər stadionunda oynanılacaq “Qəbələ”–“Sabah” matçına əsas referi Rəvan Həmzəzadə təyin olunub.

Turun sonuncu görüşündə - “Bakcell Arena”da keçiriləcək “Zirə”- “Səbail” oyununda baş hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.

Qeyd edək ki, “Qarabağ” – “Sumqayıt” oyunu saat 19:00-da, “Keşlə”–“Neftçi” görüşü saat 17:00-da, “Qəbələ”–“Sabah” qarşılaşması 17:00-da, “Zirə”- “Səbail” matçı isə saat 19:00-da başlayacaq. Turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Premyer Liqanın 9-ci turundan sonra turnir cədvəlinə 22 xalla "Neftçi" klubu başçılıq edir. Bir oyun az keçirən "Qarabağ" və debütant "Sabah" 16 xalla ikinci və üçüncü yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq "Səbail" (14), "Sumqayıt" (11), "Qəbələ" (9), "Keşlə" (5) və "Zirə" (5) yer alıb./Publika.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram