Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Dünya çempionatının püşkü atıldı: Azərbaycan Rusiya və ABŞ-la eyni qrupa düşdü

7-12-2017, 11:53

https://apa.az/upload/images/news/2017/december/07/big/pushk.jpgQadın voleybolçular arasında dünya çempionatının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, 2018-ci ildə Yaponiyanın 6 şəhərində keçiriləcək mundialda 24 komanda 4 qrupa bölünüb.

Azərbaycan yığması 4-cü cəhdində C qrupunda mübarizə aparacaq. Püşk Faiq Qarayevin yetirmələrinə ABŞ, Rusiya, Cənubi Koreya, Tailand və Trinidad və Tobaqonu rəqib edib.

Qaydalara əsasən, qrupda ilk “dördlük”də yer alacaq yığmalar çıxışlarını davam etdirəcəklər. II mərhələdə A və D, C və B qruplarından çıxacaq komandalar 2 “səkkizlik” formalaşdıracaq. Burada isə hər qrupdan 3 yığma daha bir mərhələ adlayacaq. Onlar da öz aralarında yarımfinalçıları müəyyənləşdirəcəklər.

A qrupu: Yaponiya, Hollandiya, Argentina, Almaniya, Kamerun, Meksika
B qrupu: Çin, İtaliya, Türkiyə, Bolqarıstan, Kanada, Kuba
C qrupu: ABŞ, Rusiya, Cənubi Koreya, Tailand, Azərbaycan, Trinidad və Tobaqo
D qrupu: Serbiya, Braziliya, Dominikan Respublikası, Puerto-Riko, Qazaxıstan, Keniya

Qeyd edək ki, 29 sentyabr – 20 oktyabrda keçiriləcək dünya çempionatının qarşılaşmaları Yokohama, Sapporo, Kobe, Hamamatsu, Naqoya və Osakada oynanılacaq. Mundialda 4 oktyabradək davam edəcək A qrupundakı 6 millinin görüşləri “Yokohama Arena”da (tutumu - 12000) olacaq. B qrupundakı oyunlar Sapporoda “Hokkaydo Prefekturalasının İdman Mərkəzi”ndə (8000), C qrupunun matçları Kobedə “Qrin Arena”da (6000) və D qrupunun qarşılaşmaları Hamamatsunun eyniadlı arenasında (8000) təşkil olunacaq.

Hərəsində 8 komandanın yer alacağı və 2 qrupda mübarizə aparacağı II mərhələnin oyunları oktyabrın 7-11-də Naqoya və Osakada keçiriləcək. III mərhələyə də Naqoya ev sahibliyi edəcək. Burda oktyabrın 14-16-da hərəsində 3 yığma olmaqla 2 qrupun görüşləri baş tutacaq. Naqoyada bütün oyunlar “Nippon Qaişi” salonunda (10000), Osakadakı matçlar şəhər mərkəzindəki idman arenasında (82000) olacaq.

Oktyabrın 19-20-də isə həlledici oyunları Yokohama şəhəri qəbul edəcək. “Yokohama Arena”da yarımfinallar, final, üçüncü və beşinci yerlər uğrunda qarşılaşmalar baş tutacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram