Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Karateçilərimiz dünya çempionatını 3 medalla başa vurublar

Karateçilərimiz dünya çempionatını 3 medalla başa vurublar
13-11-2018, 11:46 290 dəfə baxılıb

Karateçilərimiz dünya çempionatını 3 medalla başa vurublar













Azərbaycan karateçiləri İspaniyanın paytaxtı Madriddə 24-cü dünya çempionatında uğurlu nəticə əldə ediblər.
Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, idmançılarımız yarışı bir qızıl, bir gümüş və bir bürünc medalla başa vurublar. İrina Zaretskanın (-68 kq) çempionluğu və Rafael Ağayevin (-75 kq) bürünc medal qazanması Azərbaycanı 140 ölkə arasında 7-ci pilləyə yüksəldib. Kişilərdən ibarət milli komandamız isə yaponiyalı idmançılarla bürünc medal uğrunda həlledici görüşü 2:2 hesabı ilə başa vursa da, 4 xal fərqi ilə geridə qalaraq mükafat şansını əldən verib.
Dünya çempionatının rekord sayda iştirakçıları arasında 27 ölkə idmançısı medala sahib ola bilib. Karateçilərimiz bu nəticə ilə həm dünya reytinq cədvəlində irəliləyib, həm də Tokio Olimpiadasına lisenziya verən reytinq xallarını artırıblar.

Daha bir idmançımız Sahib Əhədov para-karate üzrə dünya çempionatının finalına yüksəlsə də, yapon rəqibindən 0,9 xal geri qalaraq gümüş medala layiq görülüb. Bu yarışda isə Azərbaycan 33 ölkə arasında 8-ci nəticə göstərib. Para-karate yarışlarında 11 ölkə idmançısı medal qazana bilib.

Yarışın hakimləri arasında yeganə təmsilçimiz, beynəlxalq hakim Cahangir Babayevə etimad göstərilərək final görüşlərini də idarə etmək həvalə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram