Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Bizə kömək edəcək bir, yaxud iki futbolçu gəlsə..." - Emeri

12-01-2019, 16:15 274 dəfə baxılıb

"Bizə kömək edəcək bir, yaxud iki futbolçu gəlsə..." - Emeri













“Arsenal”ın baş məşqçisi Unay Emeri klubun transfer siyasəti haqqında danışıb.

DogruXeber.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan çalışdırıcı yalnız icarə əsasında hansısa futbolçu ilə anlaşacaqlarını bildirib:

“Biz birdəfəlik transfer etməyəcəyik, yalnız icarə əsasında futbolçu gətirə bilərik. Klub bunun üzərində işləyir. Biz indi əlimizdəki futbolçularla işləyirik. Eyni zamanda, gənc futbolçulara da şans veririk və ehtiyacımız olduqda onları hazır vəziyyətdə görmək istəyirik. Hazırda transfer etmək bizim üçün asan deyil. Bunun üzərində çalışırlar. Bizə kömək edəcək bir, yaxud iki futbolçu gəlsə, möhtəşəm olar.

Mənim yeganə narahatlığım son oyunlardakı zədələrlə bağlıdır, amma xoşbəxtəm ki, hansısa futbolçumuz zədələndikdə, onu əvəzləyəcək yaxşı futbolçularımz var. Buna görə də, rahat olmalıyıq. Mənim komandama inamım böyükdür”.

Emeri, “Yuventus”la anlaşdığı deyilən Aaron Remzi haqqında da danışıb:

“Hər gün Remziyə onun oyununa ehtiyacımızın olduğunu deyirəm. Onun gələcəyi ona, ailəsinə və menecerinə məxsusdur. O, hər gün bizimlədir və öz üzərində işləyir. Son oyunda ondan çox razı qaldım. İstəyirəm ki, o, şənbə günü keçiriləcək “Vest Hem”lə oyuna köklənsin”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram