Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Naziri Şirvanda vətəndaşları qəbul etdi

Naziri Şirvanda vətəndaşları qəbul etdi
8-02-2019, 16:38 297 dəfə baxılıb

Naziri Şirvanda vətəndaşları qəbul etdi



















Bu gün Gənclər və idman naziri Azad Rəhimov Şirvan Gənclər evində Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.

GİN-dən verilən məlumata görə, ümumilikdə 20-dən çox sakinin iştirak etdiyi qəbulda müraciətlər əsasən gənclər, idman, tikinti sahələri və məşğulluqla bağlı olub.

Böyük hissəsi idman sahəsi ilə bağlı olan müraciətlər sırasına fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, təmirə ehtiyacı olan idman obyektlərinin bərpası, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, idmançıların beynəlxalq yarışlarda iştirakı və s daxil olub.

Gənclər sahəsində edilən müraciətlər sırasına isə Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq tədbirlərdə iştirakı, yay-qış istirahət düşərgələrinin sayının artırılması, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti istiqamətində olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram