Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Parataekvondoçularımız iki qızıl, iki gümüş və bir bürünc medal qazandı - FOTO

Parataekvondoçularımız iki qızıl, iki gümüş və bir bürünc medal qazandı - FOTO
21-02-2019, 12:17 316 dəfə baxılıb

Parataekvondoçularımız iki qızıl, iki gümüş və bir bürünc medal qazandı - FOTO













Parataekvondoçularımız uğurlu çıxışlarını davam etdirir.

Paralimpiya Komitəsindən verilən məlumata görə, 20 fevral tarixində Misirin Hurghada şəhərində keçirilən Afrika açıq çempionatında dörd idmançı ilə təmsil olunan parataekvondo Paralimpiya Milli Komandamızın üzvləri reytinq xallarını artırıb. Belə ki, K42 və K43 75 kq çəki dərəcəsində mübarizəyə qatılan komandamızın kapitanı Nicat Müslümov hər iki kateqoriyada qızıl medal qazanaraq yarışın qalibi olub.

Qadın parataekvondoçulardan Röyalə Fətəliyeva (K44 -49 kq) və Aynur Məmmədova (K44 +58 kq) final döyüşündə məğlub olaraq yarışı gümüş medalla başa vurub.

Digər kişi idmançımız Elimxan Manafovun (K43 -61 kq) isə yarımfinal mərhələsində rəqibi keçilməz olub.

Komanda hesabında millimiz üçüncü yerə layiq görülüb. Yarışın ən güclü idmançısı isə Nicat Müslümov seçilib.

Beləliklə, baş məşqçi Fərid Tağızadənin yetirmələri 28 ölkədən 108 idmançının yarışdığı beynəlxalq reytinq turnirindən iki qızıl, iki gümüş və bir bürünc medalla vətənə dönür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram