Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Olimpiya çempionu yenidən futbola qayıtdı: 2 illik müqavilə

3-04-2019, 15:51

Olimpiya çempionu yenidən futbola qayıtdı: 2 illik müqavilə



















Bir müddət Avstraliyanın “Sentra Kost Mariners” klubunda çıxış etdikdən sonra karyerasını bitirdiyini açıqlayan yüngül atletika üzrə 8 qat olimpiya və 11 qat dünya çempionu Useyn Bolt yenidən futbola qayıdıb.

DogruXeber.az xarici mətbuata istinadən xəbər verir ki, yamaykalı atlet Fransanın “Paris” klubuna transfer olunub. Bu barədə 2-ci liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Boltla 2 illik müqavilə imzalanıb. Yamaykalı atlet növbəti mövsümdən “Paris”ə qoşulacaq.

Useyn Bolt bir müddət əvvəl Avstraliyanın “Sentra Kost Mariners” futbol klubunda çıxış edib.

Bolt 2008, 2012 və 2016-cı illərdə 100 və 200 metrə qaçışda ardıcıl olimpiya çempionu olmuş yeganə idmançıdır. O, həmçinin 100 metrə (9,58 saniyə) və 200 metrə (19,19 saniyə) qaçışda dünya rekordları əldə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram