Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Qarabağ" "Qəbələ"ni məğlub etdi

7-04-2019, 16:40 576 dəfə baxılıb

"Qarabağ" "Qəbələ"ni məğlub etdi




















Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

Turun mərkəzi görüşündə "Qəbələ" və "Qarabağ" komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 3-cü dəqiqədə "Qarabağ"ın müdafiəçisi Donald Gerrye açıb. 23-cü dəqiqədə Rauf Əliyev bərabərlik qolunu vurub. 79-cu dəqiqədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Dani Kintananın əvəzinə Araz Abdullayevi meydana buraxıb. Abdullayev oyuna daxil olduqdan 3 dəqiqə sonra qələbə topuna imza atıb.

Bu qələbə sayəsində "Qarabağ" xallarını 51-ə çatdırıb və "Neftçi" ilə yenidən şərikli lider olub. "Qəbələ" isə 30 xalla 4-cü pillədə qalıb.

Qeyd edək ki, turun ilk oyun günündə "Sumqayıt" "Keşlə"ni 2:1, "Neftçi" "Zirə"ni 4:2 hesabı ilə məğlub edib. Tura saat 16:30-da başlanacaq "Sabah" - "Səbail" matçı ilə yekun vurulacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram