Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək

8-03-2018, 09:21

Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək










Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsi çərçivəsində ilk oyunlar keçiriləcək.
Apasport.az saytının məlumatına görə, mərhələnin ən çox gözlənilən matçı İtaliyada oynanılacaq. “Milan” doğma azarkeşləri önündə “Arsenal”ı qəbul edəcək.

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la rəqib olmuş "Atletiko” da tura evdə start verəcək. Madrid təmsilçisi Moskva “Lokomotiv”i ilə üz-üzə gələcək.
avropa Liqasında mübarizə aparan 3 Rusiya klubundan yalnız MOİK doğma azarkeşlər önündə oynayacaq. MOİK Fransa "Lion"unu sınağa çəkəcək. Turnirin güclü komandalarından hesab olunan Dortmund "Borussiya"sı Avstryanın "Zalsburq" klubu ilə ilk matçda sərfəli nəticə əldə etməyə çalışacaq. Almaniyanın digər təmsilçisi "Leyptsiq" doğma meydanda Rusiya "Zenit" ilə görüşəcək.
Avropa Liqası

1/8 final, ilk oyunlar

22:00. “Milan” (İtaliya) – “Arsenal” (İngiltərə)

22:00. “Atletiko” (İspaniya) – “Lokomotiv” (Rusiya)

22:00. “Borussiya D.” (Almaniya) – “Zalsburq” (Avstriya

22:00. MOİK (Rusiya) – “Lion” (Fransa)

00:05.”Latsio” (İtaliya) – “Dinamo” (Kiyev, Ukrayna)

00:05. “Leyptsiq” (Almaniya) – “Zenit” (Rusiya)

00:05. “Marsel” (Fransa) – “Atletik” (Bilbao, İspaniya)

00:05. “Sportinq” (Portuqaliya) – “Viktoriya” (Plzen, Çexiya)
@DogruXeber.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram