Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Roma"-"Qarabağ" oyununun ilk hissəsində hesab açılmayıb YENİLƏNİB

6-12-2017, 01:06

https://azertag.az/files/galleryphoto/2017/3/1000x669/15125073614333439018_1000x669.jpg dogruxeberaz.info Azərtaca istinadən bildirir ki,Qarşılıqlı hücumlar şəraitində keçən oyunun birinci hissənin ilk dəqiqələri kəşfiyyat xarakteri daşıyıb. Oyunun 14-cü dəqiqəsində "Roma"nın futbolçusu Kostas Manolasın güclü zərbəsini "Qarabağ"ın qapıçısı İbrahim Şehiç dəf etməyi bacarıb. Növbəti təhlükəli vəziyyəti isə görüşün 22-ci dəqiqəsində "Qarabağ"ın oyunçusu Dino Ndlovu yaradıb. Hücumçunun güclü zərbəsinə baxmayaraq top qapıdan keçməyib.

İlk hissəsinin sonuandək "Roma" futbolçuları Ağdam təmsilçisinin qapısı qarşısında təhlükəli vəziyyətlər yaratsalar da, görüşdə hesab açılmayıb.

X X X

23:45

UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu - altıncı turunda Ağdamın “Qarabağ” komandası İtaliya paytaxtında “Roma” klubu ilə qaşılaşır.

AZƏRTAC xəbər verir ki, Romanın “Olimpiko” stadionunda keçirilən qarşılaşmada “Qarabağ”ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Mahir Mədətov, Riçard Almeyda, Əfran İsmayılov, Elvin Yunuszadə, Yakub Rzezniçak və Donald Gerye yer alıblar.

İtaliya təmsilçisinin ilk on birliyinə isə Alisson Beker, Radya Nainqolan, Kevin Strutman, Dieqo Perotti, Edin Dzeko, Aleksandar Kolarov, Daniele de Rossi, Federiko Fazio, Alessandro Florenzi, Kostas Manolas və Stefan El Şaravi daxil ediliblər.

Görüşün baş hakimi almaniyalı Tobias Ştilerdir. Ona Mayk Pikel və Yan Sidel kömək edirlər. Əlavə köməkçi hakimlər Bastyan Dankert və Harm Osmersdir. Dördüncü hakim funksiyasını Kristian Qittelmann yerinə yetirir.

Bu qrupun digər oyununda “Çelsi” Londonda Madridin “Atletiko” komandasını qəbul edir.

Hazırda hesabında 10 xal olan “Çelsi” qrupda birinci pillədə qərarlaşıb. “Roma” 8 xalla ikinci, “Atletiko Madrid” isə 6 xalla üçüncüdür. Hesabında 2 xal olan “Qarabağ” isə sonuncudur.https://azertag.az/files/galleryphoto/2017/3/1000x669/1512507361110362014_1000x669.jpg






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram