Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Çelsi”nin “Real”dan Hazard üçün istədiyi məbləğ: dünya rekordu qırılacaq

“Çelsi”nin “Real”dan Hazard üçün istədiyi məbləğ: dünya rekordu qırılacaq
28-07-2018, 16:56 302 dəfə baxılıb

“Çelsi”nin “Real”dan Hazard üçün istədiyi məbləğ: dünya rekordu qırılacaq













Kriştiano Ronaldonu “Yuventus”a satan “Real”ın heyətinə qatmaq istədiyi əsas futbolçu Eden Hazarddı. Uzun müddətdi “Kral Klubu” belçikalı ulduzun transferi üçün “Çelsi” ilə danışıqları davam etdirir.
Məlumata görə, “Real” Hazard üçün İngiltərə klubuna 190 milyon avro təklif edib. Futbolçu özü də Madrid klubunda çıxış etmək istəyir. O, bu istəyini dünya çempionatından dönərkən verdiyi açıqlamasında da təsdiqləmişdi:
“Çelsi”də keçən gözəl 6 mövsümdən sonra bəlkə də yeni şeylər kəşf etməyin vaxtı çatıb. Komandada qalıb-qalmayacağımla bağlı qərarımı verəcəm. Təbii ki, son söz “Çelsi”nindi. Əgər getməyimi istəsələr, seçəcəyim klub bəllidi”.
Bu arada “Çelsi”nin sabiq futbolçusu Brian Laudrup da Hazardın “Real”a transfer olunacağını deyib: “Hazardla danışdım. “Real”a transfer olunmağa hazırlaşır”.
Bu arada “Çelsi”nin belçikalı ulduz üçün tələb etdiyi məbləğ aıqlanıb. Qaynarinfo “Daily Mail”ə istinadən xəbər verir ki, London klubu “Real”dan rekord məbləğ – 220 milyon funt-sterlinq (225 milyon avro) tələb edir.
Bu transfer baş tutsa, futbol tarixinin transfer rekordu qırılacaq. Hazırda rekord Neymara məxsusdu. Braziliyalı ulduz ötən yay “Barselona”dan PSJ-yə 222 milyon avroya transfer olunub.
Qeyd edək ki, Hazardın “Çelsi” ilə 2020-ci ilin yayınadək müqaviləsi var






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram