Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Qarabağ" yenidən "Şerif"lə qarşılaşacaq

17-08-2018, 09:20 302 dəfə baxılıb

"Qarabağ" yenidən "Şerif"lə qarşılaşacaq

















Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab görüşlərinə start verilib.

"DogruXeber.az" xəbər verir ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE ilə mübarizədən məğlub ayrılaraq, turnirlə vidalaşan “Qarabağ”ın da Avropa Liqasının pley-offundakı rəqibi müəyyənləşib.

"Valyur” ilk oyunda Moldovada 0:1 hesabı ilə uduzduğu "Şerif"i İslandiyada qəbul edib. Meydan sahibləri 2:1 hesabı ilə qalib gəlsə də, səfərdə vurduğu qol sayəsində "Şerif" pley-offa adlayıb. Beləliklə, "Şerif" bu mərhələdə "Qarabağ"la qarşılaşacaq.


Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 23-də və 30-da oynanılacaq.

16 avqust

Avropa Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

"Valyur” (İslandiya) - "Şerif" (Moldova) - 2:1

Qollar: Pakur Siqurdsson, 40, Kristinn Halldorsson, 90 - Badibanqa, 68

İlk oyun - 0:1

Qeyd edək ki, "Qarabağ" ötən il Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şerif"i məğlub etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram