Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Daha aqressiv oynamalıyıq” - Qurban Qurbanov

“Daha aqressiv oynamalıyıq” - Qurban Qurbanov
24-08-2018, 09:29 361 dəfə baxılıb

“Daha aqressiv oynamalıyıq” - Qurban Qurbanov













"Oyundan əvvəl bilirdik ki, "Şerif"" güclü rəqibdi və bu gün bunun şahidi olduq. Çox yaxşı müdafiə olunan və çox intizamlı oynayan komandaya qarşı mübarizə apardıq. Rəqibi belə oyuna görə təbrik etmək istəyirəm. Düşünürəm ki, bizi Bakıda ağır cavab oyunu gözləyir. Hansı ki, hər birimiz üçün son oyun olacaq və buna hazır olmalıyıq". “Qafqazinfo” xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Şerif"ə məğlub olduqları (1:0) matçdan soonra deyib.

Təcrübəli çalışdırıcı ilk oyunun nəticəsinə görə, rəqibin mərhələ keçmək şansının yüksək olduğunu bildirib. Lakin o, cavab oyunun yüksək nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini sözlərinə əlavə edib: "Keçən il "Şerif"i mübarizədən kənarlaşdırmışdıq. Futbolda belə nəticələr olur və buna hazır olmalıyıq. İlk oyunda qeydə alınan hesab rəqib üçün yaxşı nəticədir. Amma buna baxmayaraq, bizim şansımız var. Sadəcə, bəzən düşündüyümüz oyun alınmayanda, əhval-ruhiyyəmiz yaxşı olmur".

Qurban Qurbanov səfər matçındakı uğursuz oyunu rəqibin yaxşı mübarizə aparması ilə əlaqələndirib: "Rəqibi nəzərə almaq lazımdır. Rəqib çox yaxşı bağlanırdı. Ümumiyyətlə, bizim üçün burada oynamaq elə də asan deyildi, ağır idi".



46 yaşlı mütəxəssis cavab oyunu üçün heyətdə ciddi dəyişiklik etməyəcəyini vurğulayıb: "Taktika dedikdə, bir o qədər də dəyişiklik olmayacaq. Sadəcə, ola bilər, sistemdə kiçik bir dəyişiklik olsun. Qalib gəlmək üçün daha aktiv, daha aqressiv olmalıyıq. Düşünürəm ki, bunu öz meydanımızda edə biləcəyik".

Mütəxəssis ötən illə müqayisədə builki nəticələrinin yaxşı olmaması fikri ilə razılaşıb: "Nəticəyə baxsaq, özümüzü düşünsək, nəticəmiz yaxşı deyil. Ötən il Çempionlar Liqasının qrupunda oynamışdıq, indi isə Avropa Liqasının qrup mərhələsi uğrunda mübarizə aparırıq. Bugünkü nəticə üçün bəlkə də, fikrinizlə razı olaram".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram