Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Daha onlar bizim azarkeş deyil” - Qarayev

“Daha onlar bizim azarkeş deyil” - Qarayev
31-08-2018, 09:00 324 dəfə baxılıb

“Daha onlar bizim azarkeş deyil” - Qarayev













Oyundan öncə bu matça xüsusi köklənişdim. Bunun da bir amili var idi. Bunu vurğulayacam, özü də çox pis şəkildə".
Bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının pley-off mərhələsinin "Şerif"lə cavab görüşündən sonra deyib. Qarayev oyun motivasiyalı çıxmasının səbəbini açıqlayıb:

"Oyundan öncə oxudum ki, “Qarabağ”ın həlledici matçına 13-15 min bilet satılıb. Bu, məni çox motivasiya etdi. Çünki bizi dəstəkləyən və dəstəkləməyən azarkeşlər həmişə var. Uğur olanda da, olmayanda da yanımızda olublar. “Qarabağ” uğur qazananda da, qazanmayanda da bu komandanın yanında olmaq lazımdır. Çətin günlərimizdə də dəstəyə ehtiyacımız var. Vacib pley-off oyunu idi, əvvəllər oyunumuza bilet taplmırdı. Amma bu gün tribunalarda boş yerlər var idi".

Qarayev sözlərinə bu cür davam edib:

"Avropa Liqası qitənin nüfuzuna görə 2-ci turniri sayılır. Bu oyun bizim taleyimizi həll edirdi. Amma bu qədər azarkeşin bizdən imtina etməsi... Artıq onlar bizim azarkeş deyil. Ancaq uğur qazananda dəstək olmaq lazım deyil".

Yarımmüdafiəçi qələbə barədə fikirlərini bildirib:

"Bu oyun son idi. İtiriləcək nəsə yox idi. Layiqli qalib gəldik. Hər mövsüm Avropada çıxışımız ölkə adına böyük uğurdur. Biz dəstəkləyən və dəstəkləməyən jurnalistlərə də təşəkkür edirik. Hiss edirdik ki, tək deyilik, dəstəyi hiss edirdik. Dəstək olmayanlar da bizə güc verdi. Topaz Premyer Liqasından fərqli olaraq, azarkeşlər dekabra kimi futbol bayramında olacaqlar".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Telegram Facebook Twitter Youtube Instagram