https://cdn2.trend.az/media/pictures/2016/02/23/azerbaijan_iran_flags_230216.jpg









İqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İranın Prezident Aparatının rəhbəri Mahmud Vaezi ilə görüşüb.

dogruxeberaz.info Trend-ə istinadən xəbər verir ki, Azərbaycan-İran iqtisadi əlaqələrinə, əməkdaşlıq perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə nazir Ş.Mustafayev Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və birgə səyləri nəticəsində ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə, eləcə də iqtisadi sahədə uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, son 4 ildə yüksək səviyyəli 10 görüş keçirilib, müxtəlif tərkibli nümayəndə heyətlərinin 100-dən çox qarşılıqlı səfəri həyata keçirilib, 40-dan çox sənəd imzalanıb, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 3 iclası keçirilib. Yaxın zamanlarda Dövlət Komissiyasının növbəti iclasının keçirilməsi planlaşdırılır.

Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bildirən Ş.Mustafayev qeyd edib ki, ticarət dövriyyəsi 2016-cı ildə 70%, 2017-ci ilin yanvar-sentyabr aylarında isə 33% artıb. Azərbaycan və İran investisiya qoyuluşu sahəsində də əməkdaşlıq edir, Azərbaycanda İran şirkətləri uğurla fəaliyyət göstərir. Ölkələrimizin Şimal-Cənub nəqliyyat dəhlizi, Neftçala Sənaye Zonasında birgə avtomobil istehsalı zavodu, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodu, energetika sahəsində “Xudafərin/Qız Qalası” hidroqovşaqları kimi layihələr çərçivəsində əməkdaşlıq etdiyini bildirən nazir Şahin Mustafayev bu layihələrin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, avtomobil istehsalı və əczaçılıq zavodlarının tikintisi sahəsində işlər davam etdirilir. Azərbaycanın Ələt limanı ilə İranın Ənzəli və Əmirabad limanları arasında əməkdaşlığın genişləndirilməsi ölkələrimiz arasında nəqliyyat və tranzit sahələrində əlaqələrin inkişafı baxımından önəmlidir. Sabirabad Sənaye Məhəlləsində avtobus, Hacıqabul Sənaye Məhəlləsində isə birgə kənd təsərrüfatı texnikasının istehsalı üçün imkanlar genişdir.

M.Vaezi səfər çərçivəsində Azərbaycan Prezidentinin İran nümayəndə heyətini qəbul etməsindən məmnunluğunu bildirib, son zamanlar ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində mühüm işlərin görüldüyünü vurğulayıb. Kənd təsərrüfatı, sənaye, bankçılıq, neft-qaz sahələrində əməkdaşlıq imkanlarını qeyd edən M.Vaezi bildirib ki, ölkələrimiz arasında birgə layihələr olan avtomobil istehsalı və əczaçılıq zavodlarının tikintisi sahəsində görülən işlər sürətləndirilməlidir.

Görüşdə həmçinin, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının növbəti iclasına, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə, Astara (İran) terminalına dair müzakirələr aparılıb.


Oxunub: 657

Son xəbərlər

İlham Əliyev Ermənistana xəbərdarlıq edib

Azərbaycan nefti ucuzlaşdı

700 bal toplayan qız Azərbaycan universitetlərindən imtina ETDİ

12 avqust-Beynəlxalq Gənclər Günü münasibəti ilə Zərdabda günərzi yay düşərgəsi təşkil olundu

1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!

"Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir"- Göyçay RMX-də vəziyyət hər gələn gün ötən günə nisbətən daha da çətinləşir.

Prezidentdən Azərpaşa Nemətovla bağlı SƏRƏNCAM

Prezidentdən 3,2 milyon manatlıq SƏRƏNCAM

Rəisi və Putin istəməsə də:Türkiyə artıq Qafqazdadır - GƏLİŞMƏ

Səfər Mehdiyevin GÖMRÜKDƏKİ LƏPİRİ... - "RAMAL-TRANS" HOQQASI DAVAM EDİR...

"İpoteka kreditinin şərtləri yumşaldılıb" - Mərkəzi Bank

Avstraliya Liberal Partiyasından Azərbaycana qarşı TƏXRİBAT

Çörəyin qiyməti bahalaşa bilərmi? - AÇIQLAMA

Azərbaycanda benzin və dizel istehsalı AZALIB

Respublika Dəri-Zöhrəvi Mərkəzi XƏSTƏLİK YAYIR - İLGİNC FAKTLAR

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Azərbaycanda qaz tarifləri dəyişdirilir? - RƏSMİ AÇIQLAMA

Şənbə gününə olan hava proqnozu

Azərbaycanda dollar bahalaşa bilərmi? - AÇIQLAMA

Cinayət törədən qadınların sayı artıb

Azərbaycan-İran sərhədində atışma: Yaralanan var

Məktəbli Formalarının Satışa Çıxarılacağı Vaxt Açıqlanıb

Qafqazda ruslara ən çox bu millət NİFRƏT EDİR...

Prezident və xanımı Qobustana getdi

"Türkiyə bilməlidir ki, odla oynayır" - İranlı diplomat

İnternet niyə bahalaşdı? - Nazir müşavirindən AÇIQLAMA

Kür çayının sahilində narkotik yetişdirən Neftçala rayon sakini saxlanılıb

BMT-dən ciddi xəbərdarlıq

Mənzil bazarında bahalaşma olacaq - ARAŞDIRMA

Azərbaycan nefti bahalaşdı

Bütün xəbərlər