Prezidentin seçkisonrası sürprizi: bu kreditlər silinir, bəziləri isə... - Özəl















bu kreditlər silinir, bəziləri isə...Vəziyyətin yaxşılaşdırılması istiqamətində real nəticələri olan addımlar atılmasa, maliyyə bazarları və bank sisteminin problemləri daha da qəlizləşəcək

FİA.Az-ın İqtisadiyyat Şöbəsi xəbər verir ki, kredit qoyuluşları azalır.

Ona görə də bank sistemini çətin vəziyyətindən çıxarmaq və əhalini borc tələsindən qurtarmaqdan ötrü hökumət problemli kreditlər, xüsusən də dollarla olan kreditlər probleminin həllini sürətləndirməlidir.

Aidiyyatı qurumlar tərəfindən problemli kreditlərlə bağlı hər hansı addımın atılacağı barədə qaneedici bir fikir söylənilmir.

Deputat Əli Məsimli isə bildirib ki, bir qisim mütəxəssis güzəştlərin olacağını, digər qisim isə problemli kreditlərin silinməsi istiqamətində addımlar atılacağını gözləyir.

Millət vəkili hökumətə təklif edir ki, devalvasiya nəticəsində borcunu əvvəlki qaydada ödəyə bilməyən şəxslərə güzəştlər tətbiq edilsin.

Məsələn, 5 min, imkan varsa 10 min dollara qədər olan kreditlərin 1,05 manat kursu ilə qaytarmalıdır. Eyni zamanda araşdırma aparılaraq borcunu ödəmək iqtidarında olmayan şəxslərin borcları silinsin.

Ə.Məsimli hökumətin problemli kreditlərlə bağlı addımlar atacağına ümidvar olduğunu dilə gətirib.

O deyib ki, hələ bir müddət öncə Milli Məclisin ilclasında parlamentin spikeri Oqtay Əsədov problemli kreditlərlə bağlı məsələ diqqət mərkəzindədir və bu istiqamətdə iş aparılır.

“Əgər Milli Məclisin sədri səviyyəsində belə bir fikir bildirilibsə, deməli prezident seçkilərindən sonra problemli kreditlərə bağlı əhalinin çoxdan gözlədiyi addımların atılması gözləniləndir”.

FİA.Az-a iqtidardakı mənbələrdən gələn xəbərlərə görə, dövlət başçısı seçkilərdən sonra problemli kreditlərlə bağlı sürpriz addım atacaq.

Seçkidən sonra dollar olan kreditlərlə bağlı güzəştlər, 5-10 min civarında borcların silinməsi gözləntisi var. Ümumilikdə, bank sektorunda islahatlar, yeniliklər gözlənilir.

Çünki banklar da çöküş vəziyyətindədir və 3 ildir seytnotdan çıxa bilmirlər. Məsələn, Rusiyada seçkilərdən sonra əhalinin banklara olan borcunun silinməsi istiqamətində addım atılmağa başlanılıb.

Belə ki, Rusiya mətbuatının yazdığına görə, əhalinin banklara olan 38,6 milyard dollarlıq kredit borcu silinəcək. Azərbaycanda da problemli kreditlərin həcmi durmadan artır.

Hazırda problemli kreditlərin həcmi 1,2 milyard dollara çatıb. Dəfələrlə, müxtəlif ekspertlər tərəfindən həmin həcmin müəyyən hissəsinin silinməsi vacibliyi gündəmə gətirilib.

Amma hələ də məsələ öz həllini tapmayıb. Bu fonda nə banklar əhalidən kredit borclarını ala bilir, nə də vətəndaşlar həmin borcu ödəmək gücündədir.

Bütün hallarda Azərbaycanda da Rusiyada olduğu kimi problemli kreditlərlə bağlı əvvəl-axır belə bir addımın atılması qaçılmazdır.

Lakin məsələ ondadır ki, həmin istiqamətdə iki il öncə addım atılsaydı, bu məsələ dövlətə daha ucuz baha başa gələcəkdi.

Təəssüf ki, proses uzadılır. Nəticədə, problemli kreditlərin həcmi idarəolunmaz bir vəziyyətə gəlib çıxıb.

Bu gün də Azərbaycan məhkəmələrində baxılan işlərin 70 faizə yaxını məhz bankla vətəndaş və kommersiya qurumları arasında olan çəkişmələrlə bağlıdır. Açığı, Azərbaycanda problemli kreditlərin həlli üçün vəsaitin mənbəyi göstərilmir.

Proses dövlət büdcəsi, Neft Fondu, ya da Mərkəzi Bankın ehtiyatları hesabına öz həllini tapmalıdır. Rusiyadan fərqli olaraq, Azərbaycanda bu istiqamətdə başqa mənbələr yoxdur.

Problemli kreditlər silinəndə banklarda ciddi çatışmamazlıqlar yaranacaq. Ona görə də bankların ayağa qalxa bilməsi üçün bu pulu onlara ödəyən mənbə lazımdır.

Gec-tez bu məsələ onsuz da həll olunacaq və problemin dövlət hesabına həll olunmasından başqa yol yoxdur.


Oxunub: 550

Son xəbərlər

Azərbaycanın xarici borcu azalıb

Müdafiə və milli təhlükəsizlik sahəsinə nə qədər vəsait xərclənib?

ABŞ Azərbaycanın regionda yaratdığı yeni reallıqlar qəbul edir - deputat

Masallıda niyə səfərbər OLA BİLMİRİK? - İTTİHAM VAR!

İlkay "Barselona" və "Real"ın HƏDƏFİNDƏ

Fars-molla rejiminin QUDURĞANLIĞI

Yaşar Həsənov həbsdən NECƏ QURTULDU? - İLGİNC İDDİALAR...

"Sağlam Ailə" Tibb Mərkəzində NAXOŞ MƏNZƏRƏ... - GİLEY

2022-ci ildə yüksək vəzifələrə gətirilmiş GƏNC KADRLAR - SİYAHI

Səlim Müslümov müalicə müəssisəsinə KÖÇÜRÜLDÜ

28 Mayda əfv gözləntisi - siyahıda kimlər var?

Cahangir Əsgərova DAHA BİR ZƏRBƏ - Nazirlik AZAL-ın tenderlərini ləğv etdi

Ramiz Mehdiyevin qohumu vəzifəsindən azad edildi - AMEA-da yüksək post tuturdu

“Sülh müqaviləsi imzalanacaq, İrəvanda Azərbaycan və Türkiyə səfirlikləri açılacaq” - Proses buna doğru gedir...

İrəvandan Antalyaya uçuşlar həyata keçiriləcək

Gömrük borcunun ödənilməsi bağlı qaydalarda dəyişiklik edildi

Baş nazir qərar İMZALADI

Xoşqədəm Hidayətqızının həbsi tələb olunur

Baydendən Kim Çen Inla bağlı AÇIQLAMA

"Müharibə başlayandan 2 ay yarım müddətində görüşməmişik" - Zelenskinin xanımı

Sabaha olan hava proqnozu AÇIQLANDI

Şabranda Qarabağ Qazisinin haqqına girən KİMDİR? - NARAZILIQ VAR!

Şabranda narkotik bitkilərin kultivasiyası və satışı ilə məşğul olan şəxs saxlanılıb

Abşeron rayonunda silsilə tədbirlər keçirilib

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

20 günə 13 tender müqaviləsi imzalayan holdinq... - Külli miqdarda vergi borcu var

Fuad Muradov bu işi BACARA BİLMƏDİ... - İTTİHAM VAR!

Milli parklarda "açıq qapı" günü keçiriləcək

Bu rayonlara qar yağıb - VİDEO

Bu rayonda dirilərin ruzisi ölülərin torpağından çıxır - ŞOK GÖRÜNTÜLƏR

Bütün xəbərlər