Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycanın turizm brendi yenidən formalaşdırılır

30-06-2018, 13:36

Azərbaycanın turizm brendi yenidən formalaşdırılır













Hazırda Azərbaycanda ixtisaslı kadrlara ehtiyac duyulan yeni turizm sənayesi inkişaf edir.
Bunu Turizm və Menecment Universitetində məzunlar qarşısında çıxış edərkən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.
O, qeyd edib ki, əgər müstəqilliyimizin ilk illərində daha çox neft və qaz ehtiyatlarının istehsalı, daşınması və idarəedilməsi sahəsində mütəxəssislərə ehtiyac duyulurdusa, post-neft dövründə əsas diqqət Prezident İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi” haqqında fərmanında qeyd olunan digər prioritet sahələrin inkişafı üzrə ixtisaslı kadrların formalaşdırılmasına yönəldilir.

“Bu strateji istiqamətlərdən biri kimi Azərbaycanda turizm sənayesinin inkişaf etdirilməsi müəyyən olunub. Azərbaycan dövlətinin, başda cənab Prezident İlham Əliyevin gənclərdən əsas gözləntisi ölkə iqtisadiyyatının inkişafında aktiv iştirak etməkləridir”.

Agentlik sədri diqqətə çatdırıb ki, qurum öz fəaliyyətini yaxın illərdə aşağıda göstərilən prioritet sahələr üzrə inkişaf etdirəcək:

– yeni turizm siyasəti formalaşdırılacacaq, turizm sənayesinin bütün üzvləri prosesə cəlb olunacaq;
– daha uzunmüddətli inkişaf üçün araşdırma və statistikanın yaxşılaşdırılması üzərində işlər görüləcək;
– turizmdə innovasiyalar və müasir texnologiyaların imkanlarından maksimum istifadə ediləcək;
– infrastruktur layihələriylə bağlı yeni inkişaf planları hazırlanıb icra olunacaq;
– dövlət-özəl biznes əməkdaşlığının genişlənməsində səylər artırılacaq. Turizmdə özəl biznesin müasir inkişaf standartlarına çatması üçün dövlət tərəfindən dəstək veriləcək;
– turist məmnunluğunu artırmaq, turistlərin qalma müddətini uzatmaq və mövsümüliyi aradan qaldırmaq üçün yeni turizm məhsulları işlənib hazırlanacaq;
– Azərbaycanın turizm brendi yenidən formalaşdırılacaq. Ölkəmizin tanıdılması üçün əsas hədəf bazarlarda daimi turizm nümayəndəliklərini yaradılması nəzərdə tutulur.

Sonda F.Nağıyev Azərbaycanın turizm potensialının inkişafı və möhkəmləndirilməsi üçün bu sahənin bütün iştirakçılarını mərkəzləşdirilmiş qaydada fəaliyyətə və əməkdaşlığa dəvət edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram