Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İran Azərbaycandan Qətərə gedən maşınlardan alınan 600 dollar rüsumu ləğv etdi

25-07-2018, 15:41

İran Azərbaycandan Qətərə gedən maşınlardan alınan 600 dollar rüsumu ləğv etdi













İran Azərbaycandan Qətərə kənd təsərrüfatı mallarının daşınması ilə bağlı hər bir yük maşınından alınan 600 dollar məbləğində rüsumu ləğv edib.

Trend-in məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev sərnişin və yük daşıma sahəsində yeniliklər, problemlər və qarşıda duran vəzifələrə həsr edilmiş konfransda deyib.

İ.Əliyev bildirib ki, Azərbaycan Qətər Dövlətinə əsasən kənd təsərrüfatı məhsulları ixrac edir: “Bu yük daşımaları isə əsasən İran üzərindən həyata keçirilir.

O əlavə edib ki, bundan əvvəl Qətərə yük daşımaları ilə bağlı bir yük avtomobili üçün İran tərəfi 600 dollar məbləğində rüsum alırdı və bu da yükdaşıyıcılar üçün məqbul deyildi: “İran və Azərbaycan arasında bu sahə üzrə komissiyanın son iclasında həmin rüsumun ləğv olunması barədə qərar qəbul edildi”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram