Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycan startapı qlobal innovasiya mükafatının qalibi oldu

13-09-2018, 19:52

Azərbaycan startapı qlobal innovasiya mükafatının qalibi oldu













Beynəlxalq “ITU Telecom World” sərgi-konfransı azərbaycanlı startapçılar üçün yüksək nəticələrlə yadda qalıb.

“Qafqazinfo” xəbər verir ki, sərgidə ölkəmizə məxsus pavilyonda öz yeniliklərini təqdim edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant alan “CustomAR” şirkəti və Nazirliyin Yüksək Texnologiyalar Parkının rezidenti olan “İQREX” startap layihəsi müsbət nəticələr əldə edib.

Sərgi çərçivəsində dünya ölkələri arasında keçirilən Kiçik və Orta Sahibkarlığın Qlobal İnnovasiya (Global SME Award) mükafatının qalibi Cəlal Rəhimovun “İQREX” startap layihəsi olub.

Yarışda Yaponiya, Cənubi Afrika, Koreya, Çin, Keniya, Nigeriya və Mozambik kimi ölkələrin innovativ layihələri yarışıb. Yarışın məqsədi insanların həyatını yaxşılaşdıran yeniliklər təqdim edən sahibkarları təşviq etməkdir. Qaliblər sosial və texniki ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən müəyyən edilib.

Müsabiqəyə təqdim edilən layihələr genişzolaqlı optik kabel, rəqəmli kənd təsərrüfatı, mobil təlim, təhsil, səhiyyə, virtual və artırılmış reallıq texnologiyaları, onlayn bilet satışı, onlayn ödəmə, qeyri-rəsmi əmanət platformaları, məşğulluq kimi geniş spektrli sahələri əhatə edib. Qlobal yarışın qalibi olan “İQREX” layihəsi - QR kod vasitəsi ilə orijinal məhsulların qeyri-orijinallardan fərqini müəyyənləşdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram