Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Sənə dörd şey öyrədimmi həkimə ehtiyacın olmasın?” - İmam Əlidən oğluna tövsiyyə..

“Sənə dörd şey öyrədimmi həkimə ehtiyacın olmasın?” - İmam Əlidən oğluna tövsiyyə..
12-04-2018, 14:07 816 dəfə baxılıb

“Sənə dörd şey öyrədimmi həkimə ehtiyacın olmasın?” - İmam Əlidən oğluna tövsiyyə..













Məsumlarımızın (ə) həyat tərzi və sünnətləri hər birimiz üçün örnək və nümunədir. Bundan əlavə, Məsumlarımız (ə) bizə cismimizi və ruhumuzu necə sağlam saxlaya biləcəyimizlə bağlı çoxlu tövsiyələr vermişdilər. Bu tövsiyələrə əməl etsək, həkimə müraciət etməkdən ehtiyacsız olarıq

İmam Əli (ə) oğlu İmam Həsənə (ə) buyurur: "Oğlum! Sənə dörd şey öyrədimmi ki, ona riayət etməklə həkimə ehtiyacsız qalarsan?”.
Ərz edir: "Bəli”.

İmam (ə) buyurur: "Acmayanadək yemək yemə, iştahan olan halda (doymamış) yeməkdən əl çək, yeməyi yaxşı çeynə, yatmazdan əvvəl hacətini yerinə yetir. (Yəni, ayaqyoluna get). Əgər bu nöqtələrə riayət etsən, təbibə müraciət etməkdən ehtiyacsız olarsan”.
İmam Rza (ə) buyurur: "İki dəstə həmişə xəstədirlər: sağlam insan ki, pəhriz edir və xəstə ki, pəhriz etmir”.

İmam Sadiq (ə) buyurur: "Hər bir şəhərin insanları üç şeyə möhtacdırlar ki, dünya və axirət işlərində ona müraciət etsinlər. Əgər o üçünə malik olmasalar, cəhalətə giriftar olarlar: təqvalı bilikli dinşünas, insanların itaət etdiyi yaxşı hakim, etimad olunan bəsirətli həkim”. (Beytutə saytı)
İmam Rza (ə) buyurur: "Allah Təala heç bir içəcəyi və yeyəcəyi halal etməmişdir, məgər o şey ki, onda mənfəət və fayda olsun. Heç bir içəcəyi və yeyəcəyi haram etməmişdir, məgər o şey ki, onda ziyan, ölüm, fəsad olsun”.

Həzrət Peyğəmbər (s) buyurur: "O zamana qədər ki, bədənin ağrıya dözür, dərman içməkdən çəkin. O zaman ki, ağrıya dözə bilmədin, onda dərmandan istifadə et”.

İmam Rza (ə) buyurur: "Hər kim mədəsinin ona əziyyət verməsini istəmirsə, yemək arasında su içməsin”.
İmam Sadiq (ə) buyurur: "O zaman ki, mədən yeməklə dolu olar, hamama daxil olma”.

DogruXeber.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram