Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bu il bir çox problemlər həll olunacaq – Komitə sədri

Bu il bir çox problemlər həll olunacaq – Komitə sədri
27-02-2019, 19:35 652 dəfə baxılıb

Bu il bir çox problemlər həll olunacaq – Komitə sədri













Cənab prezidentin son vaxtlar atdığı addımları mən də bir millət vəkili və vətəndaş kimi dəstəkləyir, yüksək qiymətləndirirəm. Çünki əhalinin sosial cəhətdən həssas olan bütün qrupları bu sərəncamlardan bəhrələnəcək.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib.

O qeyd edib ki, sosial həssas qruplara dövlətin diqqət və qayğısı hər zaman müşahidə edilib:

“Fevralın 25-də cənab İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirildi. Bu müşavirədə dövlət başçısı bir sıra vacib məsələlərlə bağlı öz fikirlərini açıqladı. Bundan bir neçə gün öncə isə prezident tərəfindən “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman imzalanmışdı. Bu fərmanla çoxmənzilli binalarda yaşayan insanların mənzilləri üçün el arasında “kupça” deyilən sənədi alması öz həllini tapacaq.

İnsanlar uzun müddətdir ev alsalar və orada yaşasalar da ona hüquqi cəhətdən sahiblənə bilmirdilər. Bu məsələnin həllini tapması da çox böyük hadisədir.

Cənab prezident hər zaman bildirir ki, bizim siyasətimizin mərkəzində insan amili dayanır. Elə buna görə də davamlı olaraq bu istiqamətdə addımlar atılır. Dövlət başçısının əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlar bununla yekunlaşmır. Cənab prezident insanların maddi rifah halının yaxşılaşması üçün mümkün olan bütün addımları atır. Dövlət başçısının müşavirədə qeyd etdiyi kimi 2019-cu il əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq”.

E.İbrahimov bildirib ki, dövlət başçısının müvafiq olaraq fevralın 25-də və 26-da imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” və “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” sərəncamlar geniş əhali qruplarını əhatə edəcək və bu məqsədlə dövlət büdcəsindən xeyli miqdarda əlavə vəsait ayrılacaq:

“Bütün bunlar Azərbaycan vətəndaşlarına cənab prezident tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir. Dövlət başçısı insanlar üçün problemli olan, onlara narahatlıq yaradan bütün məsələlərin həll olunmasına dair göstəriş verib. İnşallah, bu il digər problemlər də həll olunacaq”.Teleqraf.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram