Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Sabiq nazir əmisi oğlu ilə də üzləşdirilir; istintaqdan gecə çıxır!

17-12-2017, 02:07

https://i.virtualaz.org/220622_res_01.jpg











Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudov, qeyri-iş günü olmasına baxmayaraq, bu gün də Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsində ifadə verir. dogruxeberaz.info “AzPolitika.info”ya istinadən bildirir ki,mötəbər mənbələrdən məlumat daxil olub.

Məlumatda bildirilir ki, E.Mahmudov səhər 09:00 radələrində İstintaq İdarəsindədir, günorta 1 saatlıq nahar fasiləsindən sonra yenidən bura qayıdıb. Sabiq nazir dünən və bu gün əsasən oğlu Anar Mahmudovun biznesi, ölkədən çıxardığı 1 milyard dollarla bağlı sorğu-sual edilir. Bu gün günün birinci yarısında isə hazırda həbsdə olan keçmiş köməkçisi, əmisi oğlu Vüqar Mahmudovla üzləşdirilib. “Günün ikinci yarısında Akif Çovdarovun sabiq nazirlə üzləşdirmə üçün İstintaq İdarəsinə gətiriləcəyi gözlənilirdi” – mənbə “AzPolitika”ya bildirib.

Həmçinin əlavə edib ki, sabiq nazir bu gün xüsusilə gərgin görünüb.

Məlumata görə, E.Mahmudov dünən Baş Prokurorluqdan gecə saat 21:00 radələrində çıxıb. Bu gün də gec saatlaradək istintaq altında olacağı gözlənilir.

Son günlər sabiq nazir ətrafında istintaq hərəkətlərinin intensivləşməsi, onun köməkçisi Vüqar Mahmudov və Akif Çovdarovla üzləşdirilməsi həbs ehtimalının son dərəcə yüksəldiyindən xəbər verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram