Putin Qələbənin 75-ci ildönümü münasibətilə Azərbaycan Prezidentini və xalqını təbrik edib













Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində Qələbənin 75-ci ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

Dogruxeber.a z bildirir ki, APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, V. Putin təbrik məktubunda cəsarətləri və arxa cəbhədə fədakar əməyi ilə ortaq böyük sərvətimizə çevrilən nasizm üzərində qələbəyə yardım edən qəhrəmanların xatirəsinin ölkələrimizdə ehtiramla yad edildiyini bildirib: “İndiki nəsillərin müqəddəs vəzifəsi saysız-hesabsız qurbanlar və məhrumiyyətlər bahasına öz doğma torpaqlarının azadlığını qoruyanların xatirəsini əbədi qorumaq, əziz veteranlarımızı diqqət və qayğı ilə əhatə etməkdir”.

Rusiya Prezidenti Böyük Vətən müharibəsinin nəticələrini yenidən yazmaq, faşistlərin və onların silahdaşlarının törətdikləri qeyri-insani cinayətləri ört-basdır etmək üçün edilən bütün cəhdlərə qətiyyətlə müqavimət göstərmək lazım olduğunu xatırladıb.

V. Putin ata və babalarımızın döyüşlərdə göstərdiyi şücaətin ortaq xatirəsinin müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın konstruktiv inkişafına, eyni zamanda koronavirus pandemiyası ilə mübarizədə tərəfdaşlığa töhfə verəcəyinə inandığını bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Qələbənin 75-ci ildönümü münasibəti ilə Azərbaycan Prezidenti və xalqı ilə yanaşı, Belarus, Ermənistan, Moldova, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Tacikistanın dövlət başçılarına və xalqlarına da təbrik məktubu göndərib.

Bundan başqa, V. Putin Böyük Britaniya, ABŞ və Fransa rəhbərlərinə və xalqlarına da təbrik məktubu ünvanlayıb./Ona.az/


Oxunub: 281

Son xəbərlər

Azərbaycanın xarici borcu azalıb

Müdafiə və milli təhlükəsizlik sahəsinə nə qədər vəsait xərclənib?

ABŞ Azərbaycanın regionda yaratdığı yeni reallıqlar qəbul edir - deputat

Masallıda niyə səfərbər OLA BİLMİRİK? - İTTİHAM VAR!

İlkay "Barselona" və "Real"ın HƏDƏFİNDƏ

Fars-molla rejiminin QUDURĞANLIĞI

Yaşar Həsənov həbsdən NECƏ QURTULDU? - İLGİNC İDDİALAR...

"Sağlam Ailə" Tibb Mərkəzində NAXOŞ MƏNZƏRƏ... - GİLEY

2022-ci ildə yüksək vəzifələrə gətirilmiş GƏNC KADRLAR - SİYAHI

Səlim Müslümov müalicə müəssisəsinə KÖÇÜRÜLDÜ

28 Mayda əfv gözləntisi - siyahıda kimlər var?

Cahangir Əsgərova DAHA BİR ZƏRBƏ - Nazirlik AZAL-ın tenderlərini ləğv etdi

Ramiz Mehdiyevin qohumu vəzifəsindən azad edildi - AMEA-da yüksək post tuturdu

“Sülh müqaviləsi imzalanacaq, İrəvanda Azərbaycan və Türkiyə səfirlikləri açılacaq” - Proses buna doğru gedir...

İrəvandan Antalyaya uçuşlar həyata keçiriləcək

Gömrük borcunun ödənilməsi bağlı qaydalarda dəyişiklik edildi

Baş nazir qərar İMZALADI

Xoşqədəm Hidayətqızının həbsi tələb olunur

Baydendən Kim Çen Inla bağlı AÇIQLAMA

"Müharibə başlayandan 2 ay yarım müddətində görüşməmişik" - Zelenskinin xanımı

Sabaha olan hava proqnozu AÇIQLANDI

Şabranda Qarabağ Qazisinin haqqına girən KİMDİR? - NARAZILIQ VAR!

Şabranda narkotik bitkilərin kultivasiyası və satışı ilə məşğul olan şəxs saxlanılıb

Abşeron rayonunda silsilə tədbirlər keçirilib

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

20 günə 13 tender müqaviləsi imzalayan holdinq... - Külli miqdarda vergi borcu var

Fuad Muradov bu işi BACARA BİLMƏDİ... - İTTİHAM VAR!

Milli parklarda "açıq qapı" günü keçiriləcək

Bu rayonlara qar yağıb - VİDEO

Bu rayonda dirilərin ruzisi ölülərin torpağından çıxır - ŞOK GÖRÜNTÜLƏR

Bütün xəbərlər